Bərdədə yük və minik avtomobili toqquşub
Bərdə, 30 noyabr, AZƏRTAC
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Yevlax-Ağdam-Laçın magistral yolunun Bərdə rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Toyota" markalı minik avtomobili ilə və "Shacman" markalı yük maşını toqquşub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.