BƏRK MƏİŞƏT TULLANTILARININ MÜVAFİQ QAYDADA İDARƏ OLUNMAMASINA GÖRƏ CƏRİMƏLƏR TƏTBİQ EDİLMİŞDİR
Bakı, 27 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları Binəqədi rayonunun sahil ərazilərində bərk məişət tullantılarının qanunamüvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reydlər keçirmişlər.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi rayonu Novxanı çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Abşeron”, “Vüsal” və “Barbados” iaşə obyektlərinin iş icraçıları hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşlar.
Binəqədi rayonu Goradil çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı T.Abdullayev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilmişdir.
Binəqədi rayonu Fatmai çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı F.Quliyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunmuşdur.
Binəqədi rayonu Xəzər sahili ərazidə fəaliyyət göstərən “Palm Beach” iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunması üçün verilmiş “məcburi göstəriş”in icra edilmədiyinə görə iş icraçısı B.Əmirov fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimələnmişdir.