Berlin Filarmoniyasında Azərbaycanın Xalq Artisti Alim Qasımovun konserti olmuşdur
Berlin, 11 may (AZƏRTAC). Mayın 10-da Berlin Filarmoniyasında Azərbaycanın Xalq Artisti Alim Qasımov və onun rəhbərlik etdiyi musiqi qrupunun Kronos kvarteti ilə birgə layihə əsasında hazırladığı konserti olmuşdur.
Konsertdə çoxsaylı mötəbər qonaqlarla yanaşı, Azərbaycan Respublikasının Almaniyadakı səfiri Pərviz Şahbazov da iştirak etmişdir.
Artıq Almaniya musiqi auditoriyası üçün tanış olan və onlar tərəfindən sevilən dəyərli sənətkarlarımız Alim və Fərqanə Qasımovlar bu dəfə də milli muğamlarımızı yüksək məharətlə ifa edərək dinləyicilərin ürəklərini fəth etmişlər.
Konsertdən sonra Almaniyadakı səfirimiz Alim Qasımovu konsertin uğurlu keçməsi münasibətilə təbrik etmiş və ona Azərbaycan mədəniyyətini layiqli təmsil etdiyinə görə öz dərin təşəkkürünü bildirmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]
Aleksandr Şarovski - görkəmli teatr xadimi, böyük ustad
- 08.09.2026 [22:07]
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Dayanıqlı Moda Nümayişi VİDEO
- 08.09.2026 [18:24]