Azərbaycan Dövlət İnformasiya Agentliyi

Berqamoda “Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabının təqdimatı keçirilmişdir VİDEO

Berqamo, 7 fevral (AZƏRTAC). İtaliyanın Berqamo şəhərinin meriyasında professor Mixail Talalayın müəllifi olduğu, “Sandro Teti” nəşriyyat evində çapdan çıxan “Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabının təqdimatı keçirilmişdir.

Azərbaycanın İtaliyadakı səfirliyinin, “Sandro Teti” nəşriyyat evinin və Berqamo şəhər meriyasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə bu ölkənin elm və işgüzar dairələrinin nümayəndələri və KİV-lərin təmsilçiləri iştirak etmişlər.

Kitabda İkinci Dünya müharibəsi illərində İtaliya müqavimət hərəkatında iştirak etmiş azərbaycanlılardan bəhs olunur.

“Sandro Teti” nəşriyyat evinin təsisçisi Domeniko Sandro Tetinin moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Berqamo şəhərinin meri Franko Tentorio belə bir nəşrin dərc edilməsinin xalqlarımız arasında münasibətlərə mühüm töhfə verəcəyini vurğulamışdır. Qeyd etmişdir ki, kitabın təqdimatının Berqamo şəhərində keçirilməsi xüsusi önəm kəsb edir. Çünki İtaliyanın azad olunması uğrunda gedən mübarizədə iştirak edərək böyük şücaət göstərən yüzlərlə azərbaycanlı bu ölkənin digər bölgələri ilə yanaşı, Berqamo şəhəri yaxınlığında da partizan dəstələrinə daxil olmuşdur.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov təşkilatçılara minnətdarlığını ifadə etmiş, belə bir kitabın nəşrinin ölkələrimiz arasında yüksək səviyyədə olan münasibətlərə mühüm töhfə verəcəyinə əminliyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, iki ölkə arasında dərin tarixi köklərə əsaslanan əlaqələr mövcuddur.

“Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabının öz həyatları bahasına gələcək nəsillərin firavanlığı uğrunda döyüşən azərbaycanlılar haqqında önəmli əsər olduğunu deyən səfir müharibə illərində 300 minə yaxın soydaşımızın həyatını itirdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, bir çox azərbaycanlı döyüşlərdə göstərdiyi şücaətə görə medallarla təltif edilmiş, xeyli sayda soydaşımız Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.

Qeyd edilmişdir ki, azərbaycanlılar partizan hərəkatının fəal iştirakçıları olmuşlar. Bu baxımdan İtaliya müqavimət hərəkatının partizanı Əli Babayevi xatırlamaq yerinə düşərdi. O, göstərdiyi qəhrəmanlığa görə İtaliyanın “hərbi şücaətinə görə” medalı ilə təltif edilmişdir.

Nəşrin müəllifi Mixail Talalay çıxış edərək bildirmişdir ki, 1943-cü ildə faşistlərin Almaniyanın Stranse əsir düşərgəsindən İtaliyanın Triyest şəhərinə və Yuqoslaviyaya köçürdüyü sovet hərbi əsirləri arasında xeyli azərbaycanlı var idi. Onların əksəriyyəti 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, bəziləri isə Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçmişlər. Həmin dövrə aid müxtəlif fotoları və arxiv sənədlərini özündə əks etdirən nəşrdə azərbaycanlı partizanların qəhrəmanlıqlarından danışılır.

Mixail Talalay diqqətə çatdırmışdır ki, İkinci Dünya müharibəsinin ilk günlərində 40 mindən artıq azərbaycanlı könüllü olaraq cəbhə xəttinə yollanmışdır. Müharibə zamanı sovet qoşunlarının yanacağa tələbatının 70 faizini məhz Azərbaycan təmin etmişdir. Faşizm üzərində qələbənin təmin edilməsində Azərbaycanın müstəsna rolu olmuşdur.

Tədbirdə çıxış edən Domeniko Sandro Teti bildirmişdir ki, kitab Azərbaycan və İtaliya gənclərinə vətənpərvərlik ruhunun aşılanması baxımından dəyərli məlumatları özündə əks etdirir.

Berqamo Universitetinin xarici dillər departamentinin professoru Uqo Persi, İtaliya Partizanlarının Milli Assosiasiyasının (ANPİ) Berqamo üzrə komitəsinin vitse-prezidenti xanım Ornella Ravalia, Monte di Nese qəsəbəsinin merinin müavini Doriano Bendotti və azərbaycanlı döyüşçülərlə çiyin-çiyinə vuruşmuş partizan Gina Neqrininin qızı Flavia Valentini çıxış edərək azərbaycanlıların İtaliyanın azad olunması uğrunda göstərdikləri hünəri yüksək qiymətləndirmişlər. Bildirmişlər ki, kitabın nəşri italiyalı gənclərin müvafiq mövzu haqqında məlumatlandırılması baxımından önəmli addımdır.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ilə bağlı geniş müzakirələr aparılmışdır.

Maqsud Dadaşov

AZƏRTAC-ın xüsusi müxbiri

Berqamo

Berqamoda “Qafqazdan Apenninədək. Azərbaycanlılar İtaliyanın müqavimət hərəkatında” kitabının təqdimatı keçirilmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib