BƏSTƏKARLAR İTTİFAQININ PLENUMU KEÇİRİLMİŞDİR
7-də Kamera və orqan musiqisi zalında Azərbaycan Bəstəkarlar İttifaqının bəstəkarların yeni əsərlərinə həsr olunmuş növbəti plenumu keçirilmişdir.
İttifaqın məsul katibi Lalə Hüseynova AZƏRTAC-ın müxbirinə demişdir ki, plenumda xalq artisti Aqşin Əlizadənin xalq şairi Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Ana torpaq” xor və simfonik orkestr üçün odası, əməkdar incəsənət xadimi Sevda İbrahimovanın “Həqiqət üzüyü” operasından parçalar, bəstəkarlardan Nazim Quliyevin “Nəqşi-Cahan” tar və simfonik orkestr üçün konserti, Rauf Əliyevin “Azərbaycan” vokal simfonik poeması, Ceyhun Allahverdiyevin “Mənzərə” pyesi və Rüfət Ramazanovun “Nəimi” dramatik musiqisi ilk dəfə səsləndi.
Həmin əsərləri xalq artisti Rauf Abullayevin bədii rəhbərliyi və Azad Əliyevin dirijorluğu ilə Ü.Hacıbəyov adına Dövlət simfonik orkestri, əməkdar incəsənət xadimi Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Dövlət xor kapellası, xalq artisti, professor Ramiz Quliyev, əməkdar artistlər Həsən Enami, Əkrəm Poladov və başqaları ifa ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]