Beynəlxalq axtarışa verilmiş şəxs xarici ölkədən Azərbaycana ekstradisiya edilib
Bakı, 5 oktyabr, AZƏRTAC
“Ekstradisiya haqqında” 1957-ci il 13 dekabr tarixli Avropa Konvensiyasının və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 1993-cü il 22 yanvar tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mahmudzadə Çingiz Akif oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Gürcüstanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Çingiz Mahmudzadənin xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən, onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Ç.Mahmudzadə oktyabrın 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Gürcüstandan Azərbaycana gətirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:47]
Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır
- 02.10.2026 [12:38]
Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır
- 02.10.2026 [12:25]