BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI AZƏRBAYCANA 300 MİLYON DOLLAR SƏRMAYƏ QOYMUŞDUR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Maliyyə Korporasiyası indiyədək Azərbaycan iqtisadiyyatı ilə bağlı 40 layihəyə 300 milyon ABŞ dolları məbləğində sərmayə qoymuşdur. Sindikatlaşdırılmış kredit şəklində isə 104 milyon dollar həcmində vəsait yerləşdirmişdir.
Qurum ölkədə bankçılıq, korporativ idarəetmə, lizinq, kiçik və orta müəssisələrin, qiymətli kağızlar bazarının inkişafı, ipoteka kreditləşməsi, investisiyanın artırılması və biznes mühitinin yaxşılaşdırılması sahələrində məsləhət xidməti layihələrini həyata keçirmişdir.
Xatırladaq ki, Azərbaycan 1995-cı ildən BMK-nın üzvüdür.