BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASININ AZƏRBAYCAN İQTİSADİYYATINA QOYDUĞU SƏRMAYƏNİN HƏCMİ 4 DƏFƏ ARTMIŞDIR
Beynəlxalq Maliyyə Korporasiyasının rəhbəri Lars Tunell AZƏRTAC-a bildirmişdir ki, son iki ildə qurumun Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayənin həcmi 4 dəfə artmışdır. İndiyədək ölkədə 40 investisiya, 10 məsləhət xidmətləri layihəsi həyata keçirilmişdir.
Lars Tunell demişdir ki, məqsədimiz Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsini, yeni iş yerlərinin yaradılmasını, sahibkarlıq fəaliyyətini dəstəkləmək və biznes mühitinin təkmilləşdirilməsinə yardım göstərməkdir.
Korporasiyanın rəhbəri kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində də Azərbaycan ilə əməkdaşlıq etməyə, yerli şirkətlərin xarici bazarlara çıxmasına kömək göstərməyə hazır olduğunu vurğulamışdır.