BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİ İRAQLILARA OLİMPİADADA İŞTİRAK ETMƏYƏ İCAZƏ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2008-ci il Olimpiadası zamanı İraqa qarşı sanksiyaları dayandırmış və bu ölkənin nümayəndələrinə Pekin oyunlarında iştirak etməyə icazə vermişdir. Xatırladaq ki, BOK-un sanksiyaları dövlətin Milli Olimpiya Komitəsinin (MOK) işlərinə qarışması ilə əlaqədar qoyulmuşdu. Lakin səkkiz saat davam edən danışıqlar zamanı ölkənin hökuməti İraq MOK-un müstəqilliyinə inandırdıqdan sonra beynəlxalq məmurlar nəhayət ki, razılıq vermişlər. İndi İraqda noyabrın sonunadək olimpiya komitəsinin yeni heyətinin seçkiləri keçirilməlidir (əvvəlki MOK hökumət tərəfindən buraxılmışdır).
Əvvəlcədən planlaşdırılmışdır ki, Olimpiadada İraqı yeddi idmançı: iki avarçəkən, oxatan, ağır atlet, cüdoçu, sprinter və diskobol təmsil edəcəklər. Lakin indi Pekinə yalnız son iki idmançı yola düşəcəkdir: yüngül atletika üzrə Olimpiya yarışlarına ərizə vərəqələrinin verilməsi müddəti iyulun 31-də başa çatır, idmanın qalan növlərində isə bu müddət ötən həftə bitmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]