Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bir millət, iki dövlət” - Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan MƏQALƏ

“Bir millət, iki dövlət” - Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunan  MƏQALƏ

Bakı, 30 oktyabr, AZƏRTAC

Bu il oktyabrın 29-da qardaş Türkiyə Cümhuriyyətinin 100 illiyini qeyd etdi. Bu hadisə Azərbaycan tarixində də silinməz iz buraxıb və biz də Türkiyə xalqı ilə birlikdə bu sevinci bölüşürük. Bu sevinci daha aktuallaşdıran isə Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözləridir. Tarixin gedişatı dəfələrlə bu bağlılığı sübut edib.

Bu fikirlər Türkiyə Cümhuriyyətinin 100 illiyinə dair Heydər Əliyev adına Hərbi İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Ələkbər Ələkbərovun “Bir millət, iki dövlət” adlı məqaləsində yer alıb.

AZƏRTAC həmin məqaləni təqdim edir.

1923-cü il iyulun 24-də Lozanna müqaviləsinə əsasən 1923-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyəti yaradılır. Türkiyə Cümhuriyyətinin yaranması ümumiyyətlə Türk dünyasının qələbəsi idi. Çünki gerçəklik baxımından Türk xalqlarının çoxu işğal altında qalmışdı. Türkiyə Cümhuriyyət tarixi səhnədə yeganə Türk dövləti kimi qalmışdı. Tarixilik baxımından 1991-ci ildə SSRİ-nin dağılması ilə müstəqil türk dövlətlərinin beynəlxalq münasibətlərin subyekti olmaq üçün onların müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalına baxmayaraq, bura həmişə Atatürkün diqqət mərkəzində idi. Məsələn, bu, Naxçıvan məsələsində özünü qabarıq nümayiş etdirdi. Mustafa Kamal Atatürk Naxçıvanı “Türk qapısı” adlandırıb. Buna bariz nümunə Sovet Rusiyası ilə Naxçıvanla bağlı Moskva və Qars müqavilələrinin şərtləridir. Qars müqaviləsinin şərtlərinə görə Rusiya Naxçıvanı Azərbaycan ərazisi kimi tanımalı olur. Moskva müqaviləsindən əvvəl Türkiyə Böyük Millət Məclisi adından müvəkkil olan Yusuf Kamal bəy Atatürklə görüşüb, narahatlığını dilə gətirib: “Paşa, ruslar Naxçıvanı təkidlə istəsə, nə edək?” O isə cavab olaraq, Naxçıvanın qırmızı xətləri olduğunu bildirib. Hətta Naxçıvanla Türkiyə arasında sərhəd qurmaq məqsədilə Atatürk İranla torpaq mübadiləsi etmişdi.

1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpası ilə bu münasibətlər yeni mərhələyə qədəm qoyur. 1991-ci il noyabrın 9-da Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə oldu. 1992-ci ilin yanvarın 14-də iki dövlət arasında diplomatik münasibətlər yaranır. Həmin ilin mayın 28-də Naxçıvanda Türkiyənin İğdır şəhərinə keçid üçün Dilucu körpüsü istifadəyə verilir. 1999-2015-ci illərdə Azərbaycanla Türkiyə arasında imzalanan Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti haqqında müqavilələr və onların istifadəyə verilməsi iki ölkə arasında münasibətlərinin nə dərəcədə yüksək səviyyədə olmasının bariz nümunəsidir.

2006-cı ildə Rəcəb Tayyib Ərdoğanın Baş nazir, 2014-cü ildə isə Türkiyə Prezidenti seçilməsi bu münasibətləri ən parlaq zirvəyə ucaltmışdı. Bununla da iki dövlət öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını qəti şəkildə nümayiş etdirdilər. Rəcəb Tayyib Ərdoğan Azərbaycanla qardaşlıq prinsipinə sadiq qalaraq, dünyanın ən yüksək tribunalarından Azərbaycanın haqlı mübarizəsini bəyan edərək dəstəklədi. Bu qarşılıqlı münasibəti Prezident İlham Əliyev də nümayiş etdirdi.

Məsələn, buna nümunə olaraq hələ 2014-cü il aprelin 24-də Prezident İlham Əliyevin Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdəki çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabını misal göstərmək olar. Türkiyənin “Sabah” qəzeti bununla bağlı “Əliyevdən Ermənistana sillə kimi cavab” sərlövhəli məqalə dərc etmişdi. Məqalədə Prezident İlham Əliyevin çıxışından sitat gətirilərək yazılır: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir ... çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədlərinin niyə bağlı olmasını deyə bilərəm”. Bunu bir daha Prezident İlham Əliyev 2020-ci il sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş səfiri Nikolaos Piperiqkosun etimadnaməsini qəbul edərkən etdiyi çıxışında səsləndirdi: “Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq” söyləməsi uzun müddət gündəmi zəbt etmişdi. Daim Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında olub. Bu, 2022-ci il iyulun 30-da və 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ zamanı da özünü büruzə verir. Prezident İlham Əliyev Türkiyədəki dəhşətli hadisələrdə insanların həlak olması ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. O, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğulayıb. Prezidentimizin tapşırığı ilə Türkiyədə baş verən hadisələrlə əlaqədar Azərbaycan Türkiyəyə xilasedici heyət göndərib.

2020-ci il sentyabrın 27-dən erməni təxribatlarına qarşı şanlı Ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Bu 44 gün müddətində qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın yanında oldu və bunu bütün tribunalardan ən yüksək səslə söyləməkdən çəkinmədi. Bakıda keçirilən tarixi Zəfər paradında hər iki ölkənin Prezidenti münasibətlərin bundan sonra Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini bir daha dünyaya çatdırdılar.

Eyni zamanda, Vətən müharibəsindən sonra Rəcəb Tayyib Ərdoğanın Şuşaya getməsi və 2021-ci ilin iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi ilə də iki qardaş ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxdı. Azərbaycan qardaş Türkiyənin hər bir məsələsində - istər siyasi, istər iqtisadi, istər hərbi məsələlərdə yanında olub və olacaq. Bu əməkdaşlıq dünyada misli görünməmiş, bütün dövlətlər üçün örnək olan yaxın münasibətlərdir. Həm qardaşlıq tellərini özündə ehtiva edir, eyni zamanda, gələcək üçün strateji baxışı da müəyyənləşdirir.

Türkiyə-Azərbaycan qardaşlığı ən yüksək səviyyədə davam edir və bunun ən böyük təntənəsi adını çəkdiyimiz Şuşa Bəyannaməsidir. Hər sahədə olduğu kimi, əməkdaşlığın hərbi sahədə daha da dərinləşməsini özündə ehtiva edir. Hazırda Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı ən yüksək səviyyədədir. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan Silahlı Qüvvələri türk ordu modelinə keçir. Bunun üçün müvafiq qanunverici baza hazırlanıb. 2023-cü il oktyabrın 22-25-də Azərbaycanda Türkiyə Cümhuriyyətinin yüz illiyinə həsr edilən “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi bir daha hərb sahəsində milli ruhun təsdiqi sayıla bilər. Bütün bunlar bir daha təsdiq edir ki, gündən-günə möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri, dostluğu, qardaşlığı sarsılmaz və əbədidir. Yəni, artıq “Bir millət, iki dövlət” ifadəsi sonsuzadəkdir. Mustafa Kamal Paşanın sözlərini əsas tutaraq deyə bilərik ki, Türkiyənin sevinci sevincimiz, Türkiyənin kədər kədərimizdir” ki, bu fikir tamlığı ilə Heydər Əliyevin “Bir millət, iki dövlət” konsepsiyasında əks olunmaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb