Bir neçə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Bərdə sakini yaxalanıb
Bakı, 12 iyun, AZƏRTAC
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 12-dən 31-dək olan müddətdə rayon ərazisindəki dörd həyətdən su mühərriki və qızdırıcısı, bir evdən məişət əşyaları, iki avtomobildən pul və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənov yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 10-da Şamaxı rayonu ərazisindəki bağ sahələrinin birindən 250 ədəd qoz və badam tingini çıxararaq oğurlamaqda şübhəli bilinən Sabir qəsəbə sakini T.Məlikov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktlarla bağlı təhqiqat davam etdirilir.