Bir qrup yazıçı Biləsuvarda məcburi köçkünlərlə görüşüb
Bakı, 29 sentyabr, AZƏRTAC
“Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin (İB) “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində bir qrup yazıçı Biləsuvarda məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərlə görüşüb.
Azərbaycan Yazıçılar Birliyinin müşaviri, layihənin rəhbəri, İB-nin sədri, yazıçı-dramaturq Elçin Hüseynbəyli AZƏRTAC-a bildirib ki, görüş çərçivəsində yazıçıların Qarabağ savaşı ilə bağlı yeni kitablarından və bu mövzuya həsr edilmiş film-disklərdən ibarət sərgisi açılıb. Sonda həmin kitablar rayon kitabxanasına təhvil verilib.
E.Hüseynbəyli bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı əsasında həyata keçirilir.
Bildirilib ki, layihə çərçivəsində yazıçıların oktyabrın əvvəllərində Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:23]
“Vətənimdir Azərbaycan!” layihəsi Şamaxıda
- 19.06.2026 [10:42]
Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani
- 19.06.2026 [09:00]
Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]