Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mikayıl Əliyev Xəzər rayonunda torpağa tapşırılıb VİDEO

Bakı, 31 oktyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mikayıl Atababa oğlu Əliyev oktyabrın 31-də paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən yeni məzarlıqda dəfn olunub.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Xəzər və Nizami Rayon İcra hakimiyyətlərinin nümayəndələri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələri və sakinlər iştirak ediblər.

İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət Himnimizin sədaları altında torpağa tapşırılıb. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

Tabutun büküldüyü Azərbaycanın Dövlət Bayrağı şəhidin yaxınlarına təqdim olunub.

Dəfn mərasimində çıxış edənlər Mikayılın minlərlə Azərbaycan oğulları kimi çətin gündə torpaqlarımızın müdafiəsinə qalxdığını, döyüş yoldaşları ilə birgə Xocalı sakinlərinin həyatını xilas edərkən şəhid olduğunu deyiblər. Bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü il antiterror əməliyyatlarında əldə edilən Qələbələrdən sonra itkinlərin taleyinə aydınlıq gələcəyinə dair ümidlər yarandı. Artıq itkinlərimizlə bağlı məlumatlar əldə etmək mümkün olur. Onlar tapılaraq doğmalarına təhvil verilirlər. Digər itkinlərin də tapılacağına dair inam ifadə olunub. Hazırda şanlı Zəfərin beşinci ildönümü ərəfəsində olduğumuzu, tarixi günlər yaşadığımızı qeyd edən natiqlər şəhidlərimizin, Xocalı hadisələrinin qisasının alındığını, soyqırımı törədənlərin mühakimə olunduğunu, üçrəngli Bayrağımızın azad edilmiş ərazilərdə qürurla dalğalandığını bildiriblər. Həmçinin Qarabağda bərpa-quruculuq işlərinin aparıldığı, doğma sakinlərin öz yurd-yuvalarına qayıtdığı və şəhidlərin ruhunun rahatlıq tapdığı vurğulanıb.

Şəhidin qardaşı Zaur Əliyev qardaşının mülayim xarakterli biri olduğunu, Xocalı hadisələrindən sonra ondan xəbər tuta bilmədiyini deyib: “Mikayıl öz döyüş yoldaşları ilə birgə Xocalı soyqırımı günü – 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhid olub. Onlar Xocalı sakinlərini rayondan çıxarmağa çalışırmışlar. Xocalı aeroportu yolunda artilleriya atəşinə məruz qalıblar. Mikayılla birlikdə 6 nəfər şəhid olub. Lakin onların nəşlərini tapmaq mümkün olmayıb. Onların nəşinin qalıqları qazıntı işləri zamanı elə şəhid olduqları ərazidən tapılıb. Mikayılgil fevralın 27-də Xocalıdan çıxacaqdılar, nəsib olmadı. Bir günün bədəli uzun illərə dayandı. 33 ildən sonra biz onun taleyindən xəbər tutduq. Elə doğulduğu gündə də Vətən torpağına tapşırdıq”.

Şəhidin dayısı Zülfi Məlikov deyib: “Mikayıl gözümüzün qarşısında böyümüşdü. Çox sakit, mərd, tərbiyəli övlad idi. 1991-ci ildə 23 yaşında Qarabağa döyüşlərə yollanarkən anası onu yolundan döndərməyə çalışsa da, buna nail ola bilmədi. O, hər zaman deyirdi ki, Vətənin müdafiəsinə sən getmə, mən getməyim, bəs kim getsin? Son dəfə onu hərbi geyimini fəxrlə geyinib, evdən çıxanda görmüşdük. Bir il yarım Xocalı istiqamətində “Aqilin dəstəsi” adlandırılan dəstədə döyüşdü. On-on iki nəfərdən ibarət dəstə idi. Xocalı hadisələrindən sonra Mikayıldan xəbər ala bilmədik. 1992-ci il fevralın 27-də Ağdama yollandıq, faciənin dəhşətini gözlərimizlə gördük. Meyitlərin arasında Mikayılı axtardıq, lakin bu, nəticəsiz qaldı. Qismətdə Mikayılı öz doğum günündə torpağa tapşırmaq var imiş. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı, şəfa diləyirəm. Qəhrəman oğullar uzun illərdən sonra bizə qürurlu yaşamağı nəsib etdilər”.

Mikayılın qardaşı ilə uşaqlıq dostu olduqlarını deyən Əməkdar artist Rəfael İsgəndərov belə deyib: “Mikayıl böyük qardaş kimi bizə nəzarət edir, nadinclik etməyə imkan vermirdi. 33 ildir gözümüz yolda idi. Çox şükür ki, xəbəri gəldi”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Mikayıl Əliyev 1968-ci il oktyabrın 31-də paytaxtın Nizami rayonunda anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

Mikayıl Əliyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir.

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Mikayıl Əliyev Xəzər rayonunda torpağa tapşırılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb

Dövlət Suverenliyi Günü: Hüquqi əsaslardan tarixi zəfərə

ABŞ hərbçiləri Karib dənizində gəmiyə hücum edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Argentinada “Qəzəb yürüşü”

Danimarka Ukraynaya hərbi xərclər üçün təxminən 275 milyon dollar ayırıb

İran ABŞ Mərkəzi Komandanlığının məlumatını təkzib edib