Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dəyərli töhfə

Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dəyərli töhfə

Bakı, 9 yanvar, AZƏRTAC

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə müxtəlif əsərlər hazırlanıb. Bu əsərlərdən biri də türkiyəli alim, Azərbaycanın dostu, Türk Dil Qurumunun keçmiş rəhbəri professor Şükrü Haluk Akalının “100 Yılında 100 Soruda Birinci Türkoloji Kurultay” kitabıdır. Sözügedən əsər I Türkoloji Qurultay haqqında yazılmış ən orijinal və özünəməxsus tədqiqatlardan biri hesab oluna bilər. Çünki kitab 100 sual əsasında hazırlanıb və Türkoloji Qurultayın 100 illik yubileyinə layiqli elmi ərməğandır.

Bu fikirləri AZƏRTAC-a AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru Qətibə Mahmudova bildirib.

Alimin sözlərinə görə, kitabın bu mövzuda yazılan əsərlərdən əsas fərqi məhz 100 sual prinsipi üzərində qurulmasıdır. Müəllif bu suallar vasitəsilə Qurultayla bağlı elə bir məqam, hadisə və ya şəxs yoxdur ki, ona toxunmasın. Üstəlik, hər bir suala geniş və dərin elmi izah verir. Kitabda birinci sual “Türkoloji qurultayın tam adı nədir?”, yüzüncü sual isə “Qurultayda iştirak edən nümayəndələrin aqibəti necə oldu?” mövzusundadır. Oxucuya tanış olan sualların cavablarında belə müəllif gizli qalan məqamları üzə çıxarır.

Məsələn, “Türkoloji nə deməkdir?” sualına cavabda vurğulanır ki, türkoloq yalnız Türkiyə türkcəsi üzrə mütəxəssis deyil, bütün türk xalqlarının dili, tarixi, mədəniyyəti və etnoqrafiyası ilə məşğul olan alimdir. “Türkoloji qurultayın keçirilməsi ideyası nə vaxt meydana çıxıb?” sualının cavabı isə 1905-ci ildə Rusiyada keçirilən Rusiya Müsəlmanları Konqresi ilə əlaqələndirilir. Bu ideyanın ilk müəllifinin rus türkoloqu A.N.Samoyleviç olduğu qeyd olunur.

Q.Mahmudova bildirib ki, müəllif qurultayla bağlı ən xırda detalları belə diqqətdən kənarda qoymayıb. İclasların niyə bir salonda keçirilməsi, türk dillərində aparılan çıxışların niyə stenoqrafiyaya tam düşməməsi kimi məsələlər ətraflı izah edilir. Qurultayın keçirildiyi İsmailiyyə binasının tarixi də geniş şəkildə təqdim olunur. Əsərin Türkiyə türkcəsində, ortaq anlaşma dili ilə yazılması onun bütün türkdilli ölkələr üçün əlçatanlığını təmin edir.

“Kitabda xüsusilə maraq doğuran suallardan biri “Qurultayın rəsmi dili varmı?” mövzusudur. Müəllif göstərir ki, qurultayda türk və rus dillərinin paralel istifadəsi nəzərdə tutulsa da, qarşılıqlı anlaşma çətinlikləri səbəbindən rus dili vasitəçi rolunu oynayıb. Türk dillərində aparılan çıxışların tam stenoqramlarının olmamasının əsas səbəbi isə stenoqrafların müxtəlif türk ləhcələrinə bələd olmamaları idi.

Əsərdə mübahisəli məsələlərə də aydınlıq gətirilir. Məsələn, “Ənvər Paşa Birinci Türkoloji Qurultaya qatılıbmı?” sualına qəti şəkildə mənfi cavab verilir və bu yanlış fikrin I Şərq Xalqları Qurultayı ilə qarışdırıldığı izah olunur. Həmçinin Qurultayda yalnız dil və əlifba məsələlərinin deyil, türk xalqlarının rəssamlıq sənətinin də müzakirə edildiyi faktlarla sübuta yetirilir. Müəllif Qurultayda məruzə edən bütün alimlərin elmi fəaliyyətini təqdim edir, həmçinin Bakının ictimai-mədəni mühitini canlı şəkildə təsvir edir. Sadə bakılıların Qurultaya marağı, İsmailiyyə binasının qarşısında səsgücləndiricilər vasitəsilə məruzələri dinləmələri kitabda xüsusi yer tutur”, - deyə müsahibimiz bildirib.

Q.Mahmudova əlavə edib ki, ki, bu kitab yalnız I Türkoloji Qurultayın tarixi deyil, bütövlükdə türkologiyanın, xüsusilə də 1937-ci ildə repressiyaya məruz qalan türkoloqların taleyinin aynasıdır. Eyni zamanda, XX əsrin əvvəllərində Bakının elm və mədəniyyət mərkəzi kimi mövqeyini əks etdirir. Bu möhtəşəm elmi əsərə görə professor Şükrü Haluk Akalına dərin təşəkkür düşür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib