RƏSMİ XRONİKA
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ İŞLƏYƏN SOYDAŞLARIMIZ PREZİDENT HEYDƏR ƏLİYEVİ TƏBRİK EDİRLƏR
Birləşmiş Ərəb Əmirliklərində yaşayan soydaşlarımız Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi yubileyi münasibətilə təbrik etmişlər. Respublikamızın bu ölkədəki səfirliyindən AZƏRTAC-a daxil olmuş təbrik məktubunda deyilir:
Möhtərəm cənab Prezident,
Biz, Birləşmiş Ərəb Əmirliklərində işləyən azərbaycanlılar Sizi 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və çox cətin işinizdə böyük müvəffəqiyyətlər arzulayırıq.
Sizin səyləriniz nəticəsində bu gün respublikamız siyasi, iqtisadi və bütün digər sahələrdə yüksək nailiyyətlər əldə emişdir. Azərbaycan nümayəndəsinin Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü seçilməsi buna əyani misaldır.
Təkcə biz - Birləşmiş Ərəb Əmirliklərində işləyən azərbaycanlılar deyil, vətəndən uzaqda yaşayan soydaşlarımızın əksəriyyəti Sizin siyasətinizi dəstəkləyir. Qarşıdan gələn prezident seçkilərində biz yenə də yekdilliklə Sizə səs verəcəyimizi bildiririk.