BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ NİŞAN ÜZÜKLƏRİNİN BƏZƏDİLMƏSİ ÜÇÜN DÜNYADA ƏN KİÇİK QURAN YARADILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sapfir daşları üzərində yazılmış dünyada ən kiçik Quran aprelin 23-dən 26-dək Dubayda keçirilmiş “Duabai Bride Show” sərgisində təqdim edilmiş nişan üzüklərini və asma zinət əşyalarını bəzəyir.
Ölçüsü 58x98 millimetr olan göy yaqut nano-çiplərin hər birinin üzərində qızıl və platinlə Müqəddəs Qurandan 10 000 sətir yazılmışdır. Hələlik yalnız 20 bu cür sapfir buraxılmışdır və hərəsinin qiyməti 4 167 dollardır. “Mir Enterprises” şirkətinin stendində daşlar qızıl və brilyantlarla çərçivələnmiş nişan üzüklərinin və asma zinət əşyalarının bəzəyi kimi təqdim olunmuşdur.
“Mir Enterprises” şirkətinin sahibi Mir Mokarinin dediyinə görə, bu nadir məmulat heç vaxt kütləvi tirajla istehsal olunmayacaqdır. Biznesmen demişdir: “Biz belə daşları hər cür vəziyyətdə, xüsusən, toy kimi ciddi həyatı hadisələr zamanı Müqəddəs Quranın mətninin yanında olmasını istəyənlər üçün sifarişlə hazırlamağı planlaşdırırıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]