Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zaid Al Nəhyandan
Zati-aliləri,
Azərbaycanın milli bayramı-Respublika Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram. Sizə və qardaş Azərbaycan xalqına ən dərin ehtiramla xoşbəxtlik və bol-bol rifah arzulayıram.
Hörmətlə,
Xəlifə bin Zaid Al Nəhyan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]