BMT-NİN AZƏRBAYCANDA YENİ REZİDENT-ƏLAQƏLƏNDİRİCİ
Marko Borsotti Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda yeni rezident-əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) nümayəndəsi təyin edilmişdir.
Bu məsul vəzifəyə o, cari ilin avqustunda BMT-nin Baş katibi Koffi Annan tərəfindən təyin olunmuşdur. Marko Borsotti siyasi elmlər magistridir, BMT-nin ABŞ, Zimbabve, Somali, Mozambik və Braziliyada nümayəndəsi işləmişdir. BMT-nin Azərbaycandakı nümayəndəliyinin başçısı təyin edilməzdən əvvəl BMT-nin Gürcüstanda rezident- əlaqələndiricisi və BMTİP-in bu ölkədə nümayəndəsi idi.
Marko Borsotti Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun məcburi köçkünlər arasında yoxsulluğun azaldılması probleminin həlli üzrə Vud Bretton təsisatları ilə əməkdaşlıq sahəsində də böyük təcrübəyə malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]