BMT-nin Baş katibi süni intellektin yaradacağı bərabərsizlikdən danışıb
Bakı, 3 noyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş heç bir Afrika ölkəsinin süni intellektə hazırlıq baxımından dünyanın ilk 50 ölkəsi arasında olmadığını bildirərək, süni intellektin yaradacağı bərabərsizliyə diqqət çəkib.
AZƏRTAC xəbər verir ki, o, bu fikirləri İngiltərədə keçirilən Süni İntellekt Təhlükəsizliyi Sammitində çıxışı edərkən səsləndirib.
“Gələcək bugünkü qədər yavaş olmayacaq”,- deyən Quterreş qeyd edib ki, süni intellektin əldə etdiyi sürət gözlənilməz səviyyədədir.
Süni intellektdən yaranan risklərin müxtəlif olduğunu vurğulayan BMT-nin Baş katibi bildirib ki, süni intellekt hələ də inkişaf edir və yeni həll yolları axtarır. Bununla belə, o, açıqlayaq ki, süni intellektin yeni prinsiplərə ehtiyacı yoxdur.
Quterreş bildirib ki, süni intellektə hazırlıq baxımından ilk 50 ölkə arasında Afrika ölkəsi yoxdur. Dünyanın ən az inkişaf etmiş 25 ölkəsi Afrikadadır.
Quterreş süni intellekt texnologiyalarının məhdud ölkələrin və şirkətlərin nəzarətində olduğuna diqqət çəkərək, bunu dəyişdirmək üçün sistemli bir səyə ehtiyacın olduğunu qeyd edib.
Risklərə qlobal baxışın zəruriliyinə diqqət çəkən Antonio Quterreş BMT-nin bununla bağlı atdığı addımlara da toxunub.
Yaradılan məsləhət şurasının bu sahədə aparılan işləri əlaqələndirdiyini deyən Baş katib ilin sonunda şuranın tövsiyələrini açıqlayacağını bildirib: “BMT də bu sahədə üzərinə düşən vəzifəni yerinə yetirəcək”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]