BMX üzrə dünya çempionatında 12 və daha aşağı yaşlı oğlanların mübarizəsi davam edir
Bakı, 5 iyun, AZƏRTAC
Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında 12 və daha aşağı yaşlı oğlanların mübarizəsi davam edir.
AZƏRTAC xəbər verir ki, hər birində yeddi velosipedçinin mübarizə apardığı yürüşlərdə Macarıstan, Braziliya, Böyük Britaniya, Kolumbiya, Avstraliya, ABŞ, Niderland, Argentina, Cənubi Afrika Respublikası, Yeni Zelandiya, Kanada və Yaponiya idmançıları yarışırlar.
Yürüşlərdə ilk dörd pillədə qərarlaşan idmançılar dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlmək hüququ qazanırlar.