BOKSÇU ŞAHİN İMRANOV AZƏRBAYCAN KOMANDASINA DAHA BİR MEDAL QAZANDIRACAQ
AZƏRTAC xəbər verir ki, Azərbaycan boksçusu Şahin İmranov (57 kiloqram) avqustun 18-də Pekin Olimpiadasında üçüncü görüşünü qələbə ilə başa vurmuşdur. O, kubalı rəqibi İdel Torrenteyə qalib gələrək yarımfinala çıxmışdır və Azərbaycan komandası üçün daha bir medalı təmin etmişdir. Yarımfinalda onun rəqibi fransalı Hedafi Delkur olacaqdır.
Həmin gün 200 metr məsafəyə qaçış üzrə 1/4 final yarışı keçirilmişdir. İdmançımız Ramil Quliyev yaxşı nəticə göstərmişdir. Çətin qrupa düşən həmyerlimiz öz rekordunu təzələməklə hamını təəccübləndirmişdir. Ramil 200 metr məsafəni 20,66 saniyəyə qaçaraq yeni milli rekord vurmuşdur. Lakin öz qrupunda 5-ci yer tutduğundan Olimpiadanın yarımfinalına düşməmişdir.
Avqustun 17-də Azərbaycan ağır atleti Nizami Paşayev medal qazana bilməmişdir. İlk iki cəhddə idmançımız 180 kiloqram ağırlığı olan ştanqı qaldıra bilməmiş və Azərbaycanın idman azarkeşlərinə həyəcanlı dəqiqələr yaşatmışdır. Lakin son cəhddə o, 181 kiloqram ağırlığı qaldırmışdır.
Sonra təkanla qaldırmada Nizami 215 kiloqram sifariş vermiş və üçüncü cəhddə bu ağırlığın öhdəsindən gəlmişdir. Beləliklə, o, çıxışını 396 kiloqram nəticə ilə başa vurmuşdur. Lakin bu, idmançımıza yalnız 6-cı yer qazandırmışdır.
Çapar Camal Rəhimov avqustun 18-də ikinci təsnifat yarışında uğursuz çıxış etmişdir. İdmançımız yıxıldığından onun nəticələri ləğv olunmuşdur.
Güləşçi Olesya Zamula (63 kiloqram) da hər iki görüşdə məğlub olmuşdur.
Avqustun 19-da Olimpiadada sərbəst güləşçilərimiz Namiq Sevdimov (55 kiloqram) və Zəlimxan Hüseynovdan (60 kiloqram) uğurlu çıxışlar gözləyirik.
Xatırladaq ki, Olimpiadanın on günü ərzində idmançılarımız 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanmışlar.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]

