Boris Şetinkin: Azərbaycanıma ürəyimlə toxunuram
Bakı, 7 dekabr, AZƏRTAC
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) bənzərsiz bakılı rəssam Boris Şetinkinin “Ürəklə toxunma” adlı fərdi sərgisi açılıb. 40-dan artıq əsərin təqdim olunduğu sərgini “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov açıb.
Rəssam öz əsərlərində Azərbaycanın və Rusiyanın şəhər və kəndlərinin mənzərələrini təsvir edib. Bundan əlavə, müəllif Azərbaycanda və Rusiyada tanınmış şəxsiyyətlərin, həmçinin ona yaxın olan insanların portretlərini də sərgiyə təqdim edib.
RİMM-dən AZƏRTAC-a bildiriblər ki, rəssamın yaradıcılığının bənzərsizliyi ondadır ki, o, təxminən iki il bundan əvvəl rəsm çəkməyə başlayıb. Mühəndis təhsili alan B.Şetinkin bütün əmək fəaliyyəti dövründə Bakı şəhərinin müxtəlif müəssisələrində ixtisası üzrə işləyib.