Mərkəz: Ölkədə epidemioloji vəziyyət sabitdir və nəzarət altında saxlanılır
Bakı, 17 iyun, AZƏRTAC
Ötən il və cari il ərzində respublikada epidemioloji sabitliyin qorunması məqsədilə yoluxucu xəstəliklərə qarşı epidemioloji nəzarət və immunizasiya tədbirləri davam etdirilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, yoluxucu xəstəliklər üzrə epidemioloji müşahidələr aparılıb, vəziyyət mütəmadi təhlil olunub və risklərin vaxtında qiymətləndirilməsi təmin edilib. Xəstəliklərin erkən aşkarlanması, yayılmasının qarşısının alınması, əhalinin peyvəndlə əhatə səviyyəsinin artırılması və laborator nəzarətin gücləndirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Görülən kompleks tədbirlər nəticəsində ölkədə epidemioloji vəziyyət sabit olaraq qalır və nəzarət altında saxlanılır.
Müxbir - Günel Türksoy
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:09]
AQTA-nın nümayəndəsi EPPO-nun iclasında iştirak edib
- 19.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 19.06.2026 [11:15]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb
- 19.06.2026 [11:12]
Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]