BOSNİYA SERBLƏRİ SREBRENİTSADA MÜSƏLMANLARIN KÜTLƏVİ QƏTLLƏRİ FAKTINI RƏSMƏN ETİRAF ETMİŞLƏR
Təhqiqatla məşgul olan qrup müəyyən etmişdir ki, Bosniya serblərinin hərbi əməliyyatı əvvəlcədən planlaşdırılmış və üç mərhələdə aparılmışdır: öncə qoşunlar Srebrenitsaya daxil olmuş, qadın və uşaqlar kişilərdən ayrılmış, sonra isə sonuncular məhv edilmişdir. Kütləvi qətllərdə hərbçilərdən əlavə, həm polis hissələri, həm də Daxili İşlər Nazirliyinin xüsusi bölmələri iştirak etmişlər.
Müsəlmanlara divan tutulmasının izlərini itirmək məqsədi ilə 32 məzarlıqdan 28-də cəsədlər təkrar basdırılmışdır. Komissiya Srebrenitsada itkin düşmüş 7779 adam haqqında məlumat toplamışdır. Lakin onlardan hələlik yalnız 1332 nəfərin cəsədləri tanınmışdır.
Keçmiş Yuqoslaviya üzrə beynəlxalq tribunal Srebrenitsada törədilmiş kütləvi qətl faktını artıq soyqırım kimi təsdiq etmiş və bəşəriyyətə qarşı cinayətlərdə şübhəli bilinən 14 nəfərə qarşı ittiham irəli sürmüşdür. Onların hələlik yalnız dördü mühakimə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]