Böyük Britaniya hökuməti yeni gömrük-rüsum sistemini təqdim edib
Bakı, 19 may, AZƏRTAC
Böyük Britaniya hökuməti 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək və Avropa İttifaqının vahid xarici tarifini əvəzləyəcək yeni müstəqil gömrük-rüsum sistemini təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Xarici Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
London bu yenilik sayəsində Britaniya müəssisələri üçün ədalətli rəqabət şəraitinə nail olmaq, ölkəyə investisiya axınını stimullaşdırmaq və yeni iş yerləri açmaq istəyir. Yeni tarif rejimi xaricdən məhsul idxalını asanlaşdırmalı və onların qiymətlərini ucuzlaşdırmalıdır. Bununla yanaşı, yenilik tətbiq edildikdən sonra hesablaşmalar funt-sterlinqlə aparılacaq.
“Biz birmənalı yanaşma sayəsində Britaniya sənayesini dəstəkləyir və koronavirusun yayılması nəticəsində yaranan misli görünməmiş iqtisadi problemləri dəf etmək üçün biznesə yardımçı oluruq”, - deyə Böyük Britaniyanın Xarici Ticarət naziri Elizabet Trass bildirib.
Xatırladaq ki, 2020-ci il yanvarın 31-də Böyük Britaniya 47 illik üzvlükdən sonra Avropa İttifaqından çıxıb. Bundan sonra 2020-ci il dekabrın 31-dək davam edəcək keçid dövrü başlayıb. Keçid dövrü başa çatana qədər London və Brüssel gələcək əməkdaşlıq şərtləri barədə razılığa gəlməli və ilk növbədə azad ticarət sazişini imzalamalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]