Braziliyada futbol üzrə XX dünya çempionatının “G” qrupunda mübarizə başa çatmışdır VİDEO
Bakı, 26 iyun (AZƏRTAC). Braziliyada keçirilən futbol üzrə XX dünya çempionatının “G” qrupunda mübarizə başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, iyunun 26-da Resife şəhərindəki “Pernambuko” stadionunda ABŞ və Almaniya yığmaları qarşılaşmışlar.
Özbəkistanlı baş hakim Rövşən İrmatovun idarə etdiyi və qarşılıqlı hücumlar şəraitində keçən görüşdə Almaniya komandası ABŞ millisini 1:0 hesabı ilə məğlub etmişdir.
Brazilia şəhərindəki “Nasional” stadionunda keçirilən görüşdə isə eyni qrupda mübarizə aparan Portuqaliya və Qana yığmaları görüşmüşlər.
Bəhreynli baş hakim Navaf Şukrallanın idarə etdiyi görüşdə Portuqaliya komandası rəqibini 2:1 hesabı ilə məğlub etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [15:42]
"Qarabağ" Kevin Medina ilə yolları ayırdığını açıqlayıb
- 17.06.2026 [15:28]
Portuqaliya millisinin sabiq futbolçusu: Azərbaycanın yaxşı komandaları var
- 17.06.2026 [15:10]
Avropa Liqası: “Qarabağ”ın potensial rəqibləri müəyyənləşdi
- 17.06.2026 [14:12]
Boksçular Olimpiya ümidləri turnirinə yollanıblar
- 17.06.2026 [14:00]