Britaniya aviaşirkəti bioloji yanacaqla işləyən təyyarənin ilk uçuşunu həyata keçirib
Bakı, 29 noyabr, AZƏRTAC
Böyük Britaniyanın “Virgin Atlantic” aviakompaniyasının əsasən yağ tullantılarından hazırlanan aşağı emissiyalı yanacaqla işləyən “Boeing 787” təyyarəsi ilk dəfə olaraq transatlantik kommersiya uçuşunu həyata keçirib.
AZƏRTAC “Welt” qəzetinə istinadla xəbər verir ki, Londondan Nyu-Yorka uçan təyyarənin göyərtəsində havaya atılan karbon miqdarını qiymətləndirən tədqiqatçılar, həmçinin aviaşirkətin üzvləri və siyasətçilər, o cümlədən Böyük Britaniyanın Baş naziri Rişi Sunak olub.
Bioloji yanacağın effektivliyini nümayiş etdirən “Virgin Atlantic” aviakompaniyası istehsalı artırmaq niyyətindədir. Lakin ekoloji fəallar bunun problemli olduğunu düşünürlər. Belə ki, emissiyaları azaltmaq üçün bu tip yanacağı kifayət qədər istehsal etmək çətin prosesdir.
Tədqiqatçılar bioloji tullantılardan uzun məsafələrə gedən yük maşınları, avtobuslar və gəmilər üçün yanacaq istehsalı üzərində də çalışırlar. Bioloji yanacaq ümumi aviasiya yanacağının yalnız 0,1 faizini təşkil edir və London 2030-cu ilədək təyyarə yanacağının on faizini bioloji mənbələrdən əldə etməyi hədəfləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]