Britaniya və Kanada XİN başçıları arasında görüş keçirilib
London, 8 iyul, AZƏRTAC
Britaniyanın yeni xarici işlər naziri Devid Lemmi ilə Kanadanın xarici işlər naziri Melani Coli arasında Londonda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Devid Lemmi özünün “X” sosial şəbəkəsində yazıb. O, Böyük Britaniya və Kanada arasındakı əlaqələri yüksək qiymətləndirib, Londonda ilk qonağı kimi Melani Colini qarşılamağın çox xoş olduğunu deyib
“Mən əsas problemlər üzərində birgə işləməyi səbirsizliklə gözləyirəm. Əsas müttəfiqlərlə yenidən əlaqə yaratmaqla biz daxildə və xaricdə təhlükəsizlik və rifahı təmin edəcəyik”,- deyə Devid Lemmi paylaşımında qeyd edib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]