Bu gün UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin cavab oyunlarına start veriləcək
Bakı, 8 mart, AZƏRTAC
Martın 8-də futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdəbir final mərhələsinin cavab oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
"Liverpul" İngiltərədə İtaliyanın "İnter" klubunu qəbul edəcək. İlk matçda Mersisayd təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Meydan sahiblərində Tyaqo Alkantara zədə səbəbindən oynamayacaq. Joel Matip və Roberto Firminonun görüşdə iştirakı sual altındadır. Milan klubunda isə Nikola Barella cəzalıdır.
Gecənin digər oyununda "Bavariya" Almaniyada Avstriyanın "Zaltsburq" komandası ilə görüşəcək. Tərəflər arasındakı ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Qarşılaşma öncəsi hər iki komandanın heyətində ciddi itkilər var. Münhen klubunda qapıçı Manuel Noyer, yarımmüdafiəçilər Leon Qoretska, Alfonso Deyvis və Korenten Tolisso zədəli olduqları üçün oynamayacaqlar.
Zaltsburq təmsilçisində isə Jerom Onqyuene, Seku Koyta və Benyamin Şeşko eyni səbəbdən matçı buraxacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]