Bu il Samuxda 17 min 352 ton meyvə yığılıb
Samux, 23 dekabr, Rauf Hacıyev, AZƏRTAC
İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı məhsullarının istehsalı təşkil edən Samux rayonunda meyvəçilik əsas sahələrindən biridir. Hazırda rayonda tumlu, qərzəkli, çəyirdəkli, quru subtropik və sair tipli meyvə növləri yetişdirilir. Rayonda meyvə ağacları əsasən əhalinin həyətyanı sahələrində üstünlük təşkil edir. Bununla belə son illərdə dövlətin aqrar sektorun müxtəlif sahələrinə olduğu kimi meyvəçilik sahəsinə də göstərdiyi diqqət rayon əhalisini öz pay torpaqlarında yeni meyvə bağları salmağa həvəsləndirib.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ildə rayondakı meyvə və giləmeyvə bağlarının ümumi sahəsi 1812 hektara çatdırılıb.
Həmin bağlardan 1343,6 hektarı bar verən, 468,4 hektarı isə yeni salınanlardır. Bu il sahələrdən 17 min 352 ton meyvə və giləmeyvə, o cümlədən 9081 ton xurma, 1843 ton nar, 1151 ton ərik 700 ton alma, 655 ton alça, 596 ton armud, 470 ton əncir, 460 ton gavalı, 447 ton zoğal, 358 ton gilas, 304 ton qoz, 291 ton şaftalı, 285 ton heyva, 78 ton albalı, 61 ton fındıq, 150 ton əzgil, 374 ton digər meyvələr və 48 ton giləmeyvə yığılıb.
Meyvənin məhsuldarlığı hər hektara görə 95,8 sentner olub. Meyvə və giləmeyvənin 440 tonu kənd təsərrüfatı müəssisələrində, 16 min 912 tonu isə əhali təsərrüfatlarında istehsal olunub.
Qeyd edilib ki, rayon əhalisi istehsal etdiyi məhsulları həm respublikamızın şəhərlərinə, həm də xarici bazarlara çıxarırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]