BU İL TÜRKİYƏYƏ RUSİYADAN 2 MİLYONDAN ÇOX TURİSTİN GƏLƏCƏYİ GÖZLƏNİLİR
O demişdir: “Turizm və mədəniyyət sahəsində münasibətlər ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Türkiyəyə istirahətə gələn Rusiya vətəndaşlarının sayının ildən-ilə artması faktı bunu təsdiqləyir. Biz təkcə kurort turizmini inkişaf etdirməyə çalışmırıq, hərçənd Türkiyə bir çox rusiyalıların gözündə dəniz, çimərlik və parlaq Günəş təsəvvürü yaradır. Ölkəmizin zəngin mədəni irsi və füsunkar təbiəti var və hazırda getdikcə daha çox turist mədəniyyətimizlə tanış olmaq üçün digər bölgələrimizə səfər edir”.
Nazirin fikrincə, quş qripi problemi turizm bölməsinə təsir göstərməyəcəkdir. O demişdir: “Ölkəmizin hakimiyyət orqanları bu problemin həlli istiqamətində beynəlxalq birliklə açıq əməkdaşlıq etmiş və səylərimiz Dünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilmişdir. Həm Türkiyə vətəndaşlarının, həm də əcnəbi qonaqlarının sağlamlığı bizim üçün çox vacibdir”.
Dünyanın 4 ən böyük turizm sərgisindən biri sayılan Moskva beynəlxalq sərgisində Türkiyənin 50-dək firması iştirak edir.