Bu ilin ötən dövründə Bakıda 909 yol-nəqliyyat hadisəsi baş vermişdir
Bakı, 19 noyabr (AZƏRTAC). Bu ilin əvvəlindən indiyədək Bakı şəhərində 909 yol-nəqliyyat hadisəsi baş vermişdir.
AZƏRTAC xəbər verir ki, bunu dünya yol qəzaları qurbanlarının xatirə gününə həsr olunmuş tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirmişdir.
V.Əsədov demişdir ki, hadisələr nəticəsində 294 nəfər ölmüş, 947 nəfər xəsarət almışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 hadisə, 4 ölüm və 19 xəsarət faktı artmışdır.
Qeydə alınmış yol-nəqliyyat hadisələrinin baş verməsində sürət həddinin aşılması üstünlük təşkil edir. Hadisələrin 51 faiz avtomobillərin yüksək sürətlə idarə edilməsi, 46 faizi təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillərlə vurulması, 27 faizi isə yol ayrıclarının keçilməsi və manevretmə qaydalarının pozulması səbəbindən baş vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]