Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bütövlükdə cəmiyyət sosial şəbəkələrdən sui-istifadə hallarına müqavimət göstərməlidir

Bütövlükdə cəmiyyət sosial şəbəkələrdən sui-istifadə hallarına müqavimət göstərməlidir

Bakı, 4 fevral, AZƏRTAC 

Bütövlükdə cəmiyyət sosial şəbəkələrdən sui-istifadə hallarına müqavimət göstərməlidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, sosial şəbəkələr müasir dövrün ən mühüm yenilik və nailiyyətlərindən biridir, insan həyatı və münasibətlərinə ciddi təsir göstərən, hətta onların xarakterində dəyişikliklərə səbəb olan bir amildir. O mənada ki, sosial şəbəkələr insanlar arasında məkan və məsafə məfhumunu aradan qaldırır, bir-birindən minlərlə kilometr aralıda olan fərdlərə asanlıqla təmasa girmək, həm ictimai məzmunlu fəaliyyətdə olmaq və müzakirələr aparmaq, həm də şəxsi əlaqələr qurmaq üçün geniş meydan açır. Bu baxımdan sosial şəbəkələri XXI əsrin unikal imkanı kimi dəyərləndirmək olar. O da şübhəsizdir ki, sosial şəbəkələr məhz pozitiv niyyətlə - insanların ünsiyyətini asanlaşdırmaq, informasiya mübadiləsini sürətləndirmək hədəfi ilə yaradılıb. Lakin hər bir müsbət imkandan özünün mənfi məqsədləri, çirkin niyyətləri üçün istifadə edənlər də tapılır.

O, Azərbaycan hakimiyyətinin və şəxsən ölkə Prezidentinin sosial medianın qeyd olunan müsbət cəhətlərini nəzərə alaraq, bu sahədə tam azadlıq və sərbəstliyi təmin etdiyini diqqətə çatdırıb: “Hələ bir neçə il əvvəl Prezident İlham Əliyev Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçıları ilə görüşdə söz və mətbuat azadlığı ilə bağlı ölkəmizə qarşı iddiaları qətiyyətlə rədd edərək demişdi: “Ölkəmizdə əgər azad internet fəaliyyət göstərirsə, senzura yoxdursa, əhalinin 75 faizi internet istifadəçisidirsə, mətbuat azadlığının məhdudlaşdırılmasından necə danışmaq olar?! Əgər sosial şəbəkədə - “Facebook”da və “Twitter”də 2 milyon insanımız varsa, mətbuat azadlığını necə məhdudlaşdırmaq olar?!” Şübhə yoxdur ki, bu sözlərin deyilməsindən keçən iki ildən də artıq müddət ərzində Azərbaycanda həm internet, həm də sosial şəbəkə istifadəçilərinin sayı bir qədər də artıb. Halbuki bu azadlıq heç də dünyanın bütün ölkələrində təmin edilmir. Bir sıra ölkələrdə bu və ya digər səbəblərdən sosial şəbəkələrə çıxışa tam və ya qismən məhdudiyyətlər tətbiq olunur. Azərbaycanda da zaman-zaman bununla bağlı haqlı narahatlığa söykənən müəyyən çağırışlar səslənsə də, Prezident İlham Əliyev azad internetin və sosial şəbəkələrin sərbəst fəaliyyətinin prinsipial tərəfdarı kimi çıxış edir. Təəssüflər olsun ki, ölkə başçısının dövlətimiz və cəmiyyətimiz üçün böyük və strateji əhəmiyyət daşıyan bu mövqeyi heç də bütün vətəndaşlar tərəfindən düzgün qiymətləndirilmir, yaradılmış imkandan sui-istifadə edən fərdlər və qruplar müşahidə olunur. Bir sıra hallarda isə bütün mənəvi-əxlaqi çərçivələrin aşılması ilə təhqirin, söyüşün baş alıb getdiyini görürük ki, buna da heç bir vəchlə biganə qalmaq olmaz”.

O qeyd edib ki, hazırda sosial şəbəkələr informasiya müharibəsinin, ideoloji mübarizənin meydanına çevrilib. Müharibə şəraitində olan bir ölkə kimi Azərbaycanın sosial şəbəkə istifadəçiləri də bu istiqamətdə səmərəli fəaliyyət göstərməyə çalışmalıdırlar. Lakin bəzi üzdəniraq sosial şəbəkə fəalları bunun əvəzinə, daxildəki ən kiçik problemləri belə şişirdərək ölkəmizi gözdən salmaqla, bu azmış kimi dövlət və hökumət rəhbərliyini, ölkə parlamentini hədəfə almaqla, necə deyərlər, düşməni sevindirmək, onun əlinə bəhanə vermək xətti tutublar. Əlbəttə, hər bir sosial şəbəkə istifadəçisinin istənilən dövlət qurumunun işində rastlaşdığı çatışmazlıqları tənqid etmək, qarşılaşdığı neqativ halları ictimaiyyətə çatdırmaq hüququ var və buna ölkəmizdə heç bir məhdudiyyət qoyulmur. Əksinə, çoxsaylı faktlar var ki, məhz sosial şəbəkələrdə bu və digər dövlət orqanının, vəzifəli şəxsin işindəki nöqsanlarla bağlı tənqidlərə adekvat reaksiya verilib və problemlər operativ surətdə aradan qaldırılıb. Lakin bəziləri bu imkandan da yararlanmaq istəməyib açıq təhqirlər yağdırmaq, qarşıdurma yaratmaq, ictimai aqressiyaya rəvac vermək yolu ilə getməyi üstün tuturlar.

G.Baxşəliyeva deyib ki, onlar bununla istər-istəməz Azərbaycanın düşmənlərinin maraqlarına xidmət etmiş olurlar, çünki sirr deyil ki, ölkəmizdəki sabitlik və davamlı inkişaf bir çox xarici qüvvələri, ilk növbədə bədnam qonşumuzu narahat edir. Ona görə sosial şəbəkələrdən söyüş və təhqir maşını kimi istifadə edərək ölkəmizin adına xələl gətirənlər düşmənin onların hərəkətlərindən məmnunluğunu görməli, dayanıb düşünməli və öz davranışlarına yenidən baxmalıdırlar.

“Aydındır ki, istənilən ölkədə bu və ya digər dövlət orqanının, yaxud məmurun fəaliyyətindən narazı qalan, hansısa şəxsi problemlərə görə qəzəbli olan insanlar ola bilər, lakin bu, heç bir halda bütövlükdə dövlətin və xalqın maraqlarını hədəfə almaq üçün əsas ola bilməz. O cümlədən müəyyən səbəblərdən ölkəni tərk edib xaricdə məskunlaşan bəzi insanların da şəxsi incikliklərini milli problem kimi qələmə verməsi, fərdi iddialarını milli maraqlardan üstün tutması qətiyyən yolverilməzdir. Bütün narazılıqlar və tənqidlər qanuni vasitələrlə və əxlaq çərçivəsində ifadə olunmalıdır. Üstəlik, heç kəs öz pozulmuş haqqını başqasının hüququnu pozmaq yolu ilə bərpa edə bilməz. Sosial şəbəkələrdə nəsə yazan, yaxud müəyyən materialları paylaşan hər bir şəxs bunu unutmamalıdır.

İnstitutun direktoru vurğulayıb ki, şəxsi hikkə və maraqlar əslində sosial medianın predmeti olmamalıdır, çünki adından da göründüyü kimi, bu, sosial məzmun kəsb edən, ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi üçün bir platformadır.

“Hər şeyi kənara qoysaq, təhqir və söyüş ritorikası, başqasının şəxsi həyatını, ailəsini müzakirəyə çıxarmaq xalqımızın əsrlərboyu formalaşmış əxlaq və dəyərlərinə birbaşa həqarətdir. Ən dəhşətlisi budur ki, bu mənəviyyatsızlığa “Azərbaycan yanğısı” ilə bəraət qazandırılmasına cəhd olunur. Belələrinə bir söz demək olar: əgər sən Azərbaycanın minilliklərdən gələn, onun kimliyini və simasını müəyyənləşdirən milli dəyərlərini ayaq altına atır, onlara arxa çevirirsənsə, sənin Azərbaycan yanğın saxtakarlıqdan başqa bir şey deyildir. Nəhayət, o da nəzərə alınmalıdır ki, sosial şəbəkə istifadəçilərinin böyük bir hissəsini gənclər və yeniyetmələr təşkil edir və burada təhqir və söyüşlə yoğurulan, elementar ədəb-ərkan qaydalarına uyğun gəlməyən yazı və çıxışlar gənclərin mənəviyyatına və tərbiyəsinə son dərəcə mənfi təsir göstərir. Əgər bu rüsvayçı kampaniyanı aparanlar iddia etdikləri kimi, Azərbaycanı düşünürlərsə, onda Azərbaycanın gələcəyi olan gənclərin, yeniyetmələrin mənəvi tərbiyəsinə vurduqları zərbənin fərqində olmalıdırlar.

Sosial şəbəkələrin əhəmiyyətini və ictimai faydasını bir daha vurğulayan, onlardan çirkin məqsədlər üçün istifadəni, təhqir və özbaşınalıqları qətiyyətlə pisləyən akademik deyib: “Bu sahədə geniş təbliğat və izahat işinin aparılmasını, vətəndaşlarımızın, ilk növbədə, ziyalıların öz mövqeyini bildirməsini önəmli sayıram. Söyüş və təhqir kampaniyasına rəvac verənlərə qarşı güclü ictimai qınaq, hər şeydən əvvəl, sosial şəbəkə istifadəçilərinin özləri tərəfindən sərt və mütəşəkkil reaksiya verilməlidir. Bir sözlə, xalqımıza yaraşmayan bu çıxışlara cəmiyyət özü cavab verməlidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Beynəlxalq maliyyə qurumları Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib

Rumıniya hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı NATO-ya müraciət edib

Çinin “Şencou-21” missiyasının astronavtları Yerə qayıdıblar

Bakıda və Abşeron yarımadasında dolu yağması ehtimal edilir

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Hazırda müşahidə olunan hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edilib VİDEO

Strasburqda Müstəqillik Günü münasibətilə ziyafət təşkil olunub

Müstəqillik Günü San Pauloda xüsusi işıq proeksiyası və vizual nümayişlə qeyd olunub

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

Tələbə: WUF13 mənə şəhərlərin inkişafına dair daha fərqli yanaşma qazandırdı

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib

Azərbaycanın Müstəqillik Günü Brüsseldə qeyd edilib

2026–2030 Dövlət Proqramı islahat paketi kimi qiymətləndirilməlidir - ŞƏRH

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

Subsidiyadan məhsuldarlığa: Kənd təsərrüfatında yeni hədəflər VİDEO

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

Müstəqillik Günündə Qarabağa səfər dövlət-xalq birliyinin ən parlaq nümunəsidir - ŞƏRH

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Xankəndidə çay və qəhvə festivalı VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Daşkənddə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib VİDEO

Bu saata olan əsas xəbərlər

Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub VİDEO

Kolumbiya radiosunda 28 May – Müstəqillik Gününün əhəmiyyətindən bəhs olunub

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisi pley-offa yüksəlib

İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

Sənət, ruh və rənglərin harmoniyası: samuxlu rəssamın yaradıcılıq dünyası

Azərbaycan teatrı Kişineuda beynəlxalq festivalda təmsil olunub

“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib

Yağışlı hava ilə bağlı sürücülərə müraciət olunub

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək VİDEO

Aqrar sektorda yeni mərhələ: Dövlət Proqramı hansı dəyişiklikləri vəd edir?

Havanın temperaturu 3-6 dərəcə enəcək- XƏBƏRDARLIQ

Rumıniya Rusiya konsulluğunu bağlayır

Nazirlik: 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılması nəzərdə tutulur

® Azərbaycan qlobal mərkəz və gələcəyin körpüsü

Türkiyədə Şengen viza sistemindən narazılıq artır

“Karvan-Yevlax” klubu baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selvadan

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək VİDEO

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək VİDEO

Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

Bakı Təşəbbüs Qrupu Hindistandakı kasta ayrı-seçkiliyini beynəlxalq gündəmə gətirir

Moldovadakı soydaşımız mer seçkilərinin ikinci turunda qalib gələcəyinə inanır

Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq VİDEO

Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq VİDEO

Ukraynada azərbaycanlı meri bıçaqlayan fermer saxlanılıb

Azərbaycanın aqrar ixracında yeni hədəflər: meyvə-tərəvəz sektoru böyüyür - ŞƏRH

İstanbulun fəthindən 573 il ötür

Varşavada Visla çayının üzərindəki körpü Azərbaycan bayrağının rənglərinə bürünüb

Rumıniyada dron insidenti Avropanın təhlükəsizlik sistemində yeni çağırışları üzə çıxarıb

Ekspert: Zəngəzur dəhlizi Türk dünyasında inteqrasiyanı gücləndirəcək

Ağdərədə XI-XV əsrlərə aid saxsı nümunələri və kurqanlar tapılıb

Sabah paytaxtda və bölgələrdə qeyri-sabit hava şəraiti gözlənilir

Rəqəmsal dünyanın uşaqlara təsiri: sosial şəbəkələr və videooyunlar - ARAŞDIRMA

İordaniya mətbuatı Azərbaycanın Müstəqillik Gününü geniş işıqlandırıb

Malayziyada Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Romada Azərbaycanın Müstəqillik Günü: İtaliya rəsmiləri strateji tərəfdaşlığı yüksək qiymətləndiriblər

Böyük Qaladərəsi kəndində həyat yenidən canlanıb VİDEO

Böyük Qaladərəsi kəndində həyat yenidən canlanıb VİDEO

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

FHN Bakıda şin anbarının fəaliyyətini dayandırdı

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

A.H.Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Avropalı liderlər Rusiyaya məxsus dronun Rumıniyada yaşayış binasına çırpılmasını sərt şəkildə qınayıblar

ABŞ-İran danışıqları neft bazarına təsir etdi: qiymətlər kəskin düşdü

Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı VİDEO

Azərbaycana İrandan külli miqdarda narkotik vasitə gətirən yük maşınının sürücüsü saxlanıldı VİDEO

Azərbaycanın Müstəqillik Günü münasibətilə Bratislavada rəsmi qəbul təşkil olunub

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq

AZANS “Airspace World 2026” sərgisində Azərbaycanın tranzit potensialını nümayiş etdirib

FHN-in Muğan Regional Mərkəzində məktəblilərin zona yarışı təşkil edilib

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

DİN-dən velosiped və skuter sürənlərə mühüm xəbərdarlıq VİDEO

DİN-dən velosiped və skuter sürənlərə mühüm xəbərdarlıq VİDEO

Təbiətlə zəhmətin harmoniyası – Naxçıvan göycəsi VİDEO

Təbiətlə zəhmətin harmoniyası – Naxçıvan göycəsi VİDEO

Ekspertlər Xəzər və Aral dənizlərinin taleyi haqqında: Heç bir ölkə bu problemi təkbaşına həll etməyəcək VİDEO

Ekspertlər Xəzər və Aral dənizlərinin taleyi haqqında: Heç bir ölkə bu problemi təkbaşına həll etməyəcək VİDEO

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi VİDEO

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi VİDEO

Qara dənizin qazı Türkiyəyə 2 milyard dollar qazandırıb

Azərbaycan neftinin qiyməti 100 dollar olub

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Qanunsuz yolla gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Beyləqanda fərdi yaşayış evi yanıb VİDEO

Beyləqanda fərdi yaşayış evi yanıb VİDEO

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

Minifutbol üzrə Avropa çempionatı: Azərbaycan millisi bu gün İtaliya ilə qarşılaşacaq

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

“Arsenal”ın 5 futbolçusu Premyer Liqada mövsümün rəmzi komandasına seçilib

Londonda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib VİDEO

Londonda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib VİDEO

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

ABŞ Braziliyanın 2 cinayətkar qrupunu beynəlxalq terror təşkilatları siyahısına əlavə edib

“Barselona” argentinalı hücumçu ilə anlaşıb

Argentinada vağ quşuna bənzəyən lələkli dinozavrın qalıqları aşkar edilib

Livanda hava və artilleriya hücumları nəticəsində ölənlərin sayı 3324 nəfərə çatıb

ABŞ-nin Vitse-prezidenti: İranla sülh razılaşması əldə olunmayıb, amma buna çox yaxınıq

Argentina millisinin heyəti açıqlanıb: Lionel Messi 6-cı dəfə dünya çempionatında

Avropa çempionatı: Azərbaycan millisinin rəqiblərinin oyununda qapılara qol vurulmayıb

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılır

Baş nazir: Macarıstan Ukraynaya silah və hərbi texnika tədarük etməyəcək

Ukraynanın Trustkavets şəhərində yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Milli musiqi gecəsi - “Balabanın sehrində”