BVF rəhbəri: Yaxın Şərq münaqişəsi qlobal iqtisadiyyatı təhdid edir
Bakı, 5 mart, AZƏRTAC
Yaxın Şərqdə yeni münaqişə ilə qlobal iqtisadiyyat daha bir sınaqdan keçir.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva Banqkokda keçirilən “Asiya 2050” konfransındakı açılış nitqində bildirib. “Əgər bu münaqişə uzanarsa, qlobal enerji qiymətlərinə, bazar əhvali-ruhiyyəsinə, artıma və inflyasiyaya təsir etmək və siyasətçilər qarşısında yeni tələblər qoymaq üçün potensiala malikdir”, - deyə Georgiyeva vurğulayıb.
Qeyri-müəyyənliyin yeni norma olduğunu da diqqətə çatdıran BVF rəhbəri yeni şokların müxtəlif formalarda və miqyasda davam edəcəyi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, fond bazarları artıq beynəlxalq vəziyyətə reaksiya verib, Asiyanın böyük bir hissəsi üçün enerji təhlükəsizliyi və etimad nəticə etibarilə təhlükə altına düşüb.
K.Georgiyeva BVF-nin hadisələrin gedişini yaxından izlədiyini deyib. Əlavə edib ki, fond regional və qlobal iqtisadi nəticələri qiymətləndirməkdə davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]