Canluici Buffon 600-cü qələbəsini qazanıb
Bakı, 27 fevral, AZƏRTAC
Fransanın “Paris Sen-Jermen” futbol klubunun qapıçısı Canluici Buffon karyerasında 600-cü qələbəsini qazanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 41 yaşlı italiyalı qapıçının bu nəticəsi Paris klubunun Fransa kuboku yarışlarında “Dixon” üzərində 3:0 hesablı qələbə qazandığı oyunda qeydə alınıb.
Buffon 1995-ci ildən indiyədək 1070-ci oyunda 600-cü qələbəsini qazanıb. Karyerası ərzində “Parma” (220 oyun), “Yuventus” (656 oyun) klublarının və İtaliya millisinin şərəfini qoruyan (176 oyun) Buffon “Paris Sen-Jermen”də keçirdiyi 19 matçın heç birində məğlub olmayıb.
Qeyd edək ki, 41 yaşlı qapıçı 2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olub. Buffon 2018-ci ildə Paris təmsilçisi ilə birillik müqavilə bağlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]