Cari ilin on ayında Tovuzda 370 nəfər işlə təmin olunmuşdur
Tovuz, 19 noyabr (AZƏRTAC). Tovuzda əhalinin məşğulluğunun təmin edilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir.
Tovuz Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin yanvar-oktyabrında bütün idarə, müəssisə və təşkilatlarda olan boş iş yerləri barədə məlumatlar toplanmış, iş axtaran vətəndaşlara həmin yerlərə göndəriş verilmişdir.
Mərkəzə müraciət edən 1083 nəfər işaxtaran vətəndaşdan 370-i işlə təmin olunmuşdur ki, onlarında 161 nəfəri qadınlardır.
Bundan başqa, on ayda 20 nəfərə işsizlik statusu verilmiş, 23 nəfərə müavinət ödənilmiş, 10 nəfər isə peşə kursuna göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]