C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Muzeylər gecəsi” keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Muzeylər gecəsi” tədbiri keçirilmişdir.
Muzeyin elmi işlər üzrə direktor müavini Sevinc Mikayılova “Muzeylər gecəsi” aksiyasının ilk dəfə 1997-ci ildə Almaniyanın Berlin şəhərində keçirildiyini söyləmişdir. Natiq bildirmişdir ki, sonralar aksiya öz miqyasını genişləndirmişdir.
Azərbaycan Aşıqlar Birliyinin (AAB) mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist Musa Nəbioğlu aşıq sənətindən, onun teatr sənəti ilə bağlılığından söhbət açmışdır.
Tədbirdə AAB-nin üzvləri İlham Aslanbəyli, Elçin Xalıqoğlu, Azər Fərmayıloğlu, Kamil Nəbizadə və Qaradağdan gəlmiş İran aşıqları Rza Rzayi, Ümid Cabbari, Yunis Şahbazi və başqaları saz havaları ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]