CƏBHƏNİN BİR NEÇƏ İSTİQAMƏTİNDƏ ATƏŞKƏS POZULMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 29-da saat 13.00-dan 13.21-dək və iyunun 30-da saat 1.30-dan 1.45-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 15.00-dan 15.20-dək və 5.15-dən 5.35-dək Tərtər rayonunun Göyarx və Qızıloba kəndləri yaxınlığında yerləşən mövqelərindən, saat 5.30-dan 5.47-dək Goranboy rayonunun Tap Qaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Bütün hallarda düşmən cavab atəşilə susdurulmuşdur. İtki yoxdur.