Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabad Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir

Cəlilabad, 31 iyul (AZƏRTAC). İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı Cəlilabad Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdikdən sonra burada yaradılmış şəraitlə tanış oldu.

Binanın foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr nümayiş olunur.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev komplekslə bağlı Azərbaycan Prezidentinə məlumat verdi.

Bildirildi ki, ən müasir standartlara cavab verən bu idman qurğusu Gənclər və İdman Nazirliyinin sifarişi əsasında tikilmişdir. İnşasına 2007-ci ildə başlanılan Cəlilabad Olimpiya İdman Kompleksinin ərazisi beş hektardır. Kompleksin qapalı idman salonunun sahəsi 1168 kvadratmetrdir. Burada 712 nəfər mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və idmanın digər növləri üzrə yarışlara baxa biləcəkdir. Qapalı idman salonunda müxtəlif yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır. Salonun döşəməsi xüsusi texnologiya əsasında quraşdırılmışdır ki, bu da yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradır. İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada müxtəlif iş otaqları və idman salonları yerləşir.

Diqqətə çatdırıldı ki, Azərbaycan Atıcılıq Federasiyasının quraşdırdığı pnevmatik tirdə Almaniya istehsalı olan avadanlıqdan istifadə olunmuşdur. Burada “Hörinq” şirkətinin texnologiyası əsasında atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İdman qurğusunda geniş trenajor salonu fəaliyyət göstərir. İdmanın on yeddi növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında eyni vaxtda 10 nəfərə bu qədim oyunun sirləri öyrədiləcəkdir. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris olunacaqdır.

Bildirildi ki, beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir. Burada ən müasir nəmalma, havalandırma və istilik sistemi quraşdırılmışdır. Beş yüz kubmetrlik su tutumu olan hovuzun dərinliyi 1,2 metrdən 1,8 metrə qədərdir. İstər üzgüçülər, istərsə də idmanın digər növləri ilə məşğul olanlar üçün ən müasir standartlara cavab verən soyunub-geyinmə otaqları, duş və sauna yaradılmışdır. Kompleksdə cüdoçular üçün xüsusi salon fəaliyyət göstərəcəkdir. Taekvondoçuların məşqləri üçün də hərtərəfli şərait vardır. Dövlətimizin başçısına bildirildi ki, bu Olimpiya İdman Kompleksində də mükəmməl infrastruktur yaradılmışdır.

Azərbaycan Prezidenti kompleksin ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxana ilə də tanış oldu. Birinci mərtəbədə konfrans zalı fəaliyyət göstərir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait mövcuddur. Mühafizə otağı ən müasir avadanlıqla təchiz edilmişdir. Əlli nəfərlik yeməkxana da müasirliyi ilə seçilir. Mehmanxananın ikinci və üçüncü mərtəbələrində bir lüks və 11 yarımlüks otaq vardır. Mehmanxananın eyvanından ətrafın göz oxşayan mənzərəsini seyr etmək mümkündür.

Prezident İlham Əliyevə bildirildi ki, ərazidə süni örtüklü futbol meydançası yaradılmışdır. Futbol meydançasının tribunalarında 963 tamaşaçı yeri vardır. Meydançanın kənarında iki qaçış zolağı yaradılmışdır. Futbol meydançasından başqa, ərazidə tennis kortu, basketbol və voleybol meydançaları da vardır. Ərazidə 500 ağac və koldan ibarət yaşıllıq zolağı salınmışdır. Burada artezian quyusu qazılmış, su anbarları və qazanxana quraşdırılmışdır. Qrunt sularından mühafizə məqsədi ilə drenaj sistemi yaradılmışdır.

Dövlətimizin başçısı Cəlilabad Olimpiya İdman Kompleksi ilə yaxından tanış olduqdan sonra burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Mən sizin hamınızı ürəkdən təbrik edirəm! Cəlilabad Olimpiya İdman Kompleksinin açılışı çox böyük hadisədir. Mən çox şadam ki, bu gün biz sizinlə bərabər bu gözəl kompleksin açılışında iştirak edirik.

Doğrudan da bu, Cəlilabad rayonu üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün, Azərbaycanda idmanın inkişafı üçün çox vacib olan məsələdir. Mən çox şadam ki, bu kompleks xarici görünüşü və daxili tərtibat baxımından bütün standartlara cavab verir. Həm gözəl üzgüçülük hovuzu, həm böyük idman zalı, trenajor zalı, açıq meydançalar, stadion, mehmanxana. Yəni, əslində bu, təkcə idman qurğusu deyildir. Bu, ümumiyyətlə rayonun inkişafı üçün və Cəlilabadda gedən sürətli inkişaf üçün çox vacib olan obyektdir.

İdman bizim cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmana böyük diqqət göstərilir. Bütün yerlərdə, bütün bölgələrdə olimpiya idman kompleksləri tikilir və hər yeni Olimpiya İdman Kompleksi əvvəlkindən fərqlənir, daha da gözəlliyi, daha böyük funksional cəhəti ilə. Cəlilabad Olimpiya İdman Kompleksi də əvvəlki illərdə tikilmiş komplekslərdən fərqlənir və əminəm ki, bu kompleks Cəlilabad idmançılarına və rayon sakinlərinə xidmət edəcəkdir.

Burada, əlbəttə ki, idman bölmələri yaradılacaqdır. Eyni zamanda, rayon sakinləri də burada öz asudə vaxtlarını keçirə bilərlər. İdman, fiziki sağlamlıq bizim üçün çox vacibdir. İnsanların sağlamlığı, o cümlədən insanların idmana olan münasibətindən asılıdır.

Bizdə idman siyasəti yüksək səviyyədə aparılır. İdmançılarımız hazırda Londonda Olimpiya Oyunlarında yarışırlar. Biz onları oraya böyük ümidlərlə göndərmişik və əminəm ki, yaxşı nəticələr olacaqdır. Artıq birinci medal qazanılıbdır. Əminəm ki, medalların sayı daha da çox olacaqdır. Gələcəkdə Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün idmanın kütləviliyi daha da geniş şəkildə təmin edilməlidir. Bütün bölgələrdə yaradılan olimpiya idman kompleksləri məhz bu məqsədi güdür. Uşaqlar, yeniyetmələr uşaqlıq yaşlarından idmana cəlb olunsunlar, idman ilə məşğul olsunlar, fiziki cəhətdən sağlam olsunlar və peşəkar idmançı olsunlar.

Mən şadam ki, Cəlilabadda da artıq Olimpiya İdman Kompleksi vardır. Cəlilabadda idman ənənələri həmişə olmuşdur. İdman ilə məşğul olmaq üçün şərait o qədər də yaxşı olmamışdır. Ancaq indi biz bu boşluğu da artıq aradan götürürük. Bu kompleks ilə yanaşı, mən bu gün Cəlilabadda bir sıra digər obyektlərin açılışında iştirak etmişəm. Çox şadam ki, rayon sürətlə və hərtərəfli şəkildə inkişaf edir.

Əvvəlki səfərlərimdə Diaqnostika Mərkəzinin, digər obyektlərin açılışında iştirak etmişəm. Heydər Əliyev Seyrəngahı möhtəşəm bir mərkəzə çevrilibdir. Bu gün isə yeni parkların açılışında iştirak etmişəm. Gənclər Parkı, sonra şəhərin içərisindəki köhnə park tamamilə yenidən qurulmuşdur. Gənclik Evi tikilmişdir. Quşçuluq fabriki, sonra taxıl anbarı, məktəblər tikilib, binalar bərpa olunub. Mən çox şadam ki, inkişaf çox sürətlə gedir.

Eyni zamanda, bu gün kənd yolunun açılışında iştirak etmişəm. Bu da çox vacibdir. Hazırda Azərbaycanda kənd yollarının tikintisi prosesi geniş vüsət almışdır. O cümlədən Cəlilabad rayonunda 17 kilometr uzunluğunda kənd yolunun tikintisi başlamışdır. Onun əhatə etdiyi kəndlərdə 20 mindən artıq əhali yaşayır. Cəlilabadda kəndlərin sayı çoxdur, təqribən 200-yə yaxındır. Biz tədricən bütün kənd yollarını yaxşı vəziyyətə salmalıyıq.

Bir rayonda görülən işlər, bir gün ərzində iştirak etdiyim açılışlar ölkəmizin dinamik inkişafını təsdiqləyir. Həm iqtisadi sahədəki işlər, regionların inkişafı, iş yerlərinin açılması, abadlıq-quruculuq tədbirləri, həm də idman obyektlərinin, kənd yollarının açılışı, tikintisi ölkəmizin dinamik inkişafını göstərir. Gələcək illərdə bu inkişaf daha da sürətli olmalıdır. Əvvəlki illərdə görülən işlər deməyə əsas verir ki, artıq biz böyük uğurlara nail ola bilmişik. İndi infrastruktur layihələri icra edilir. Mən maraqlandım, icra başçısı məlumat verir ki, Cəlilabadda qazlaşdırma prosesi bir az ləng gedir. Mən Bakıya qayıdandan sonra əlavə göstərişlər verəcəyəm ki, qazlaşdırma daha da sürətli getsin. Rayon mərkəzi tamamilə qazlaşdırılmalıdır və bu, belə də olacaqdır. Çalışmalıyıq ki, kəndlərin də mütləq əksəriyyəti qazlaşdırılsın. Buna imkan vardır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında bu məsələlər öz həllini tapmalıdır. Çalışmalıyıq ki, gələn ilin sonuna qədər qazlaşdırma məsələlərini tamamilə yekunlaşdıraq.

Hazırda vacib infrastruktur layihələrinin arasında su və kanalizasiya layihələridir. Bu məsələlər də gələn ilin sonuna qədər yekunlaşmalıdır. Artıq bu işlər başlamışdır. Dövlət büdcəsində vəsait vardır. Cəlilabad şəhəri və ətraf kəndlər ilk növbədə su və kanalizasiya sistemi ilə təmin edilməlidir. Bu, çox böyük layihədir. Çünki bu layihə hər bir rayonda icra edilir, böyük vəsait və böyük zəhmət tələb edir. Keçmişdə ümumiyyətlə bölgələrdə kanalizasiya sistemi olmamışdır. Heç Bakının da kanalizasiya sistemi lazımi səviyyədə olmamışdır. İçməli su daim problem olmuşdur. Biz bu məsələni birdəfəlik həll edəcəyik. Beləliklə, biz insanları ən çox narahat edən problemləri tədricən aradan qaldırırıq.

Sahibkarlıq üçün yeni şərait, gözəl imkanlar yaradılır, kreditlər verilir. Kənd təsərrüfatı inkişaf edir. Cəlilabadda kənd təsərrüfatının inkişafına xüsusilə böyük diqqət verilməlidir. Çünki bildiyiniz kimi, vaxtilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Cəlilabadda böyük üzüm bağları salınmışdı. Əfsuslar olsun ki, 1980-ci illərin sonlarında sovet rəhbərliyi tərəfindən çox yanlış siyasət aparılmışdır. Bütün üzüm bağları məhv edilmişdir. Onların bərpası indi çox çətin məsələdir. Ancaq buna baxmayaraq bu məsələ də tədricən öz həllini tapmaqdadır. Yəni, burada üzümçülüyün böyük ənənələri olmuşdur. Üzümçülüyün fermerlərə, kəndlilərə nə qədər xeyirli olduğunu biz hamımız yaxşı bilirik. Təsadüfi deyildir ki, keçən ilin sonunda Azərbaycanda üzümçülüyün inkişafına dair mənim tərəfimdən Sərəncam imzalanmışdır, Dövlət Proqramı qəbul edilmişdir. Biz çalışacağıq ki, üzümçülüyü sürətlə inkişaf etdirək. Bu istiqamətdə Cəlilabadın üzərinə ən böyük məsuliyyət düşür. Çünki biz vaxtilə salınmış bağları bərpa etməliyik, yenidən salmalıyıq və üzümçülüyün inkişafına nail olmalıyıq.

Kənd təsərrüfatının digər istiqamətləri üzrə də Cəlilabadda böyük imkanlar, böyük potensial vardır. İndi biz fermerləri texnika ilə də təmin edirik. Sumqayıtda gübrə zavodu tikilir. İndi biz özümüzü gübrələrlə təmin edəcəyik.

Rayonun turizm potensialı vardır. Ancaq bu vaxta qədər həmin potensialdan istifadə olunmayıb. Çünki yenə də infrastruktur olmadıqda bunu etmək mümkün deyildir. İndi yeni kənd yollarının tikintisi nəticəsində Cəlilabadın dağlıq əraziləri də artıq rayon mərkəzi ilə birləşəcək və o ərazilərdə, gözəl yerlərdə turizm obyektləri, otellər tikilməlidir və tikiləcəkdir.

Mən bir daha demək istəyirəm və çox şadam ki, Cəlilabadın inkişafı çox sürətlidir. Şəhər simasını dəyişir, müasirləşir, abadlaşır, gözəl binalar tikilir. Köhnə binalar bərpa edilir. Bir sözlə, inkişaf, dinamika var və bu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir.

Bir daha sizi bu gözəl binanın - Olimpiya İdman Kompleksinin açılışı münasibətilə təbrik edirəm, sizə cansağlığı arzulayıram.

 

X X X

Azərbaycanın basketbol üzrə milli komandasının üzvü, Birinci İslam Ölkələri Olimpiadasının qalibi, on beş qat Azərbaycan çempionu Zaur PAŞAYEV ölkədə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə idmançılar adından dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

- Bu gün rayonumuzun sakinləri və biz gənclər üçün çox əlamətdar bir gündür. Belə bir gözəl kompleksi bizə bəxş etdiyinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Bildiyiniz kimi, bütün dünyanın gözü London Olimpiya Oyunlarındadır. Orada idmançılarımızın çıxışını görəndə qəlbimiz fərəh hissləri ilə dolur. Bu, Sizin Azərbaycanda idmana göstərdiyiniz qayğının böyük bir nümayişidir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda Olimpiya hərəkatı yüksək səviyyədə inkişaf edir, güclənir. Bir daha demək istəyirəm ki, idmançılarımız Olimpiya Oyunlarında bayrağımızı yüksəklərə qaldıracaqlar və Azərbaycanımızın himnini səsləndirəcəklər.

Cəlilabad da gündən-günə inkişaf etməkdədir, gözəlləşməkdədir. Gözəl yollar çəkilir, məktəblər tikilir, parklar salınır. Buna görə də Sizə minnətdarlığımızı bildiririk, çox sağ olun deyirik, cənab Prezident! Sağ olun.

 

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb VİDEO

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH