Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəlilabad rayonunda yerləşən dövlət tibb müəssisələrinə mediatur təşkil olunub

Cəlilabad, 25 yanvar, İlkin Adıyev, AZƏRTAC

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Cəlilabad rayonuna mediatur təşkil olunub. Mediaturun məqsədi media və qeyri-hökumət təşkilatlarını, eləcə də Litva Respublikasının Milli Tibbi Sığorta Fondunun (Tvininq layihəsinin) nümayəndələrini Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında (RMX) icbari tibbi sığorta sisteminin tətbiqi ilə tanış etmək və pasiyentlərin sığorta sistemindən istifadə etmə prosesini izləmələrinə imkan yaratmaqdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində mediatur iştirakçıları RMX və Cəlilabad Müalicə-Diaqnostika Mərkəzində (MDM) olublar.

Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib ki, icbari tibbi sığortanın uğurlu tətbiqi üçün möhkəm maddi-texniki bazanın mövcudluğu və müxtəlif ixtisaslı həkim kadrlarının təminatı vacib amillərdəndir: “Səhiyyə islahatının əsasını təşkil edən icbari tibbi sığortanın tətbiqi tibbi xidmətlərin müasir tələblərə uyğunlaşdırılmasında, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsində xüsusi əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, sığortanın tətbiqi ilə xəstəxanaya müraciətlərin sayı kəskin artıb: “Cəlilabad rayonunda icbari tibbi sığortanın tətbiqinə 2021-ci ildən başlanılıb. Belə ki, 2021-ci illə müqayisədə 2022-ci ildə xəstəxanaya daxil olan müraciət sayı 2 dəfə artıb (57 999-dan 122 515-ə). Son iki il ərzində müraciətlər üzrə 335 910 ambulator, 52 500 stasionar xidmət göstərilib. Ümumilikdə 4170 cərrahi əməliyyat icra olunub”.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov qeyd edib ki, sistemin tətbiqi ilə bağlı aparılan struktur dəyişikliyinə əsasən Cəlilabad MDM də RMX-nin tabeliyinə verilib: “Xəstəxanada ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi məqsədilə Ailə Sağlamlıq Mərkəzi adlı şöbə fəaliyyət göstərir. Təcili yardımın keyfiyyətini artırmaq məqsədilə Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında xəstələrin vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq çeşidlənməsi üçün “triaj” sistemi təşkil olunub”.

Direktor bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanada dördüncü nəsil cihazlarla təchiz edilmiş Mərkəzi Laboratoriya şöbəsi fəaliyyətə başlayıb: “Xidmətlər Zərfinə daxil olan 700-dən çox laborator müayinələrə əlçatanlıq təmin edilib. Burada fəaliyyət göstərən 5 bölmədə (Biokimya, İmmunokimya, Hematologiya, Mikrobiologiya, İmmunologiya) həm Cəlilabad rayonunun, həm də Salyan, Neftçala və Biləsuvar rayonlarının əhalisinə xidmət göstəriləcək”.

Həmçinin xəstəxanada icbari tibbi sığortanın tətbiqindən sonra mürəkkəb və dəyəri yüksək olan cərrahi əməliyyatlar (mədə, bağırsaq rezeksiyaları, qaraciyər, post travmatik torakal əməliyyatlar və s.) icra olunur. Tibb müəssisəsində Reanimasiya şöbəsi müasir avadanlıqlarla təmin olunub. Şüa Diaqnostikası şöbəsinə 2 ədəd yeni nəsil USM (Ultrasəs müayinəsi) cihazı alınıb.

Məlumat verilib ki, tibb müəssisəsi 13 şöbə və 1 bölmədən ibarətdir. Ümumilikdə 200 çarpayılıq xəstəxanada Cərrahiyyə, Doğum və Ginekologiya, Terapiya, Pediatriya, Dializ, İnfeksion, Şüa diaqnostikası və digər şöbələr fəaliyyət göstərir.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə, icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin də əməkhaqlarında əsaslı artımlar olub: “Məqsəd həkimləri uyğun əməkhaqqı ilə təmin etmək, fəaliyyətlərini qiymətləndirmək və peşəkarlığın yüksəlməsinə maraqlarını artırmaqdır. Əməkhaqqı artımı ilə bağlı müvafiq qaydaya 5 dəfədən çox dəyişiklik olunub. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələrin verilməsinə başlanılıb. Belə ki, ötən ildən 40-a yaxın ixtisas üzrə çalışan həkimlərin aylıq sabit həvəsləndirici əlavələri artırılaraq vəzifə (tarif) maaşı əlavələrlə birlikdə minimum 1000 manat təşkil edib.

Bundan əlavə, həkimlərə işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Cəlilabad RMX-də 2021-ci ildə işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 650 manat olmuşdusa, 2022-ci ildə bu rəqəm 970-ə qədər yüksəlib. Həkim bu əlavədən başqa aylıq vəzifə (tarif) maaşı və aylıq sabit həvəsləndirici də alır.

Qeyd edib ki, işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləği 2021-ci ildə 4000 manatı, 2022-ci ildə isə 6000 manatı keçən həkimlər də olub.

Daha sonra media nümayəndələrinə agentliyin Cəlilabad rayonundakı filialında görülən işlər barədə məlumat verilib. Filial rəhbəri İlqar Qurbanov bildirib ki, 2021-ci ildə yaradılan filial Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl inzibati ərazi vahidlərini əhatə edir: “Filial icbari tibbi sığortanın tətbiqinə dəstək göstərərək agentliklə tibb müəssisələri arasında əlaqələndirməni həyata keçirir. Vətəndaşlardan daxil olan müraciətləri araşdıraraq, zəruri tədbirlər görür. Filial tərəfindən ümumilikdə 159 yazılı müraciət, 100-ə yaxın isə şifahi müraciət cavablandırılıb. Həmçinin icbari tibbi sığorta sahəsində maarifləndirmə işlərinə də dəstək olaraq filial tərəfindən 5 inzibati ərazidə 746 nəfərin iştirakı ilə tədbirlər təşkil olunub”.

Mediatur çərçivəsində media və qeyri-hökumət təşkilatlarının nümayəndələri Cəlilabad RMX-də müayinə olunublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub