Cənubi Koreyada qəzaya uğrayan hərbi təyyarənin 4 heyət üzvünün meyiti tapılıb
Pekin, 29 may, AZƏRTAC
Cənubi Koreyanın Phohan şəhəri yaxınlığında qəzaya uğrayan Hərbi Dəniz Qüvvələrinə məxsus “P-3” tipli patrul təyyarəsində olan bütün heyət üzvlərinin – 4 nəfərin meyiti tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələrinin qərargahı məlumat yayıb. Bildirilib ki, təyyarə yerli vaxtla saat 13:43-də (Bakı vaxtı ilə 08:43) Phohan şəhərindəki hərbi bazadan təlim uçuşu məqsədilə havaya qalxıb. Təxminən 6 dəqiqə sonra hələlik bilinməyən səbəbdən hava gəmisi dağlıq ərazidə qəzaya uğrayıb.
Hadisə yerində tapılan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza aparılacaq.
Qeyd edək ki, Cənubi Koreyanın Hərbi Dəniz Qüvvələrinin inventarında 16 ədəd “P-3” tipli patrul təyyarəsi mövcuddur. Bu, ölkədə bu tip təyyarələrlə bağlı qeydə alınan ilk qəza hadisəsidir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]