Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Qafqazda yeni perspektivlər açılır - ŞƏRH

Cənubi Qafqazda yeni perspektivlər açılır -  ŞƏRH

Bakı, 7 aprel, AZƏRTAC

Gürcüstan Azərbaycanın ən yaxın və strateji müttəfiqlərindən biridir. Azərbaycanın Avropaya çıxışı, enerji resurslarının birbaşa Avropa bazarlarına nəqli məhz Gürcüstan üzərindən həyata keçirilir. Bu baxımdan, Azərbaycan hər zaman Gürcüstanda sabitliyin və davamlı inkişafın tərəfdarı və bu ölkədə milli maraqlarımıza hörmətlə yanaşan dayanıqlı hökumətin formalaşmasında maraqlı olub.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.

O bildirib ki, son iki il ərzində Gürcüstanın ABŞ və Avropa İttifaqı tərəfindən təzyiq, təcrid və sanksiya siyasəti ilə üzləşdiyi bir dövrdə Azərbaycan Gürcüstana açıq və ardıcıl dəstək nümayiş etdirən nadir tərəfdaşlardan biri kimi çıxış edib. Bu müddətdə Prezident İlham Əliyev dəfələrlə Gürcüstana siyasi və mənəvi dəstəyini ifadə edib, Gürcüstan rəhbərliyini Bakıya dəvət edib, özü Tbilisiyə səfərlər həyata keçirib. Burada 2008-ci ilin qışında Gürcüstanın enerji böhranı və donma təhlükəsi ilə üzləşdiyi bir vaxtda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın daxili təbii qaz ehtiyatları hesabına bu ölkəyə göstərilən təcili dəstəyi də xatırlatmaq yerinə düşər. Bu faktlar Azərbaycan–Gürcüstan münasibətlərinin dərin mahiyyətini üzə çıxararaq, bu əlaqələrin “dost dar gündə tanınar” deyiminin real siyasətdə ardıcıl və etibarlı şəkildə tətbiq edildiyini nümayiş elətdirir.

"2026-cı il aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri isə bu mənada xüsusi əhəmiyyət kəsb edir. Bu səfər həm də regionda və dünyada baş verən hadisələr baxımından son dərəcə həssas bir vaxta təsadüf edir. Bir tərəfdən qonşu İranda gedən müharibə, digər tərəfdən Ermənistanda iki aydan sonra keçiriləcək seçkilər fonunda dövlətimizin başçısının Tbilisidə verdiyi bəyanatlar xüsusi maraq doğurur. Belə bir şəraitdə həyata keçirilən bu səfər yalnız Azərbaycan–Gürcüstan münasibətlərinə yeni dinamika qazandırmaqla yanaşı, Cənubi Qafqazın gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasına birbaşa təsir edir",- deyə A.Quliyev vurğulayıb.

Deputatın sözlərinə görə, Tbilisidə səsləndirilən mesajlar açıq şəkildə göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri artıq ənənəvi dostluq və qonşuluq çərçivəsini aşaraq regionun təhlükəsizlik, enerji və nəqliyyat sisteminin əsas sütunlarından birinə çevrilib.

Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri xalqlar arasında formalaşmış dərin tarixi bağlılıqdır. “Əsrlər boyu gürcü və Azərbaycan xalqları dostluq və qardaşlıq şəraitində yaşamışlar” fikri bu münasibətlərin möhkəm tarixi təmələ söykəndiyini göstərir. Lakin bu bağlılıq artıq yeni siyasi və iqtisadi məzmun qazanıb. Bu gün Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda bir-birini ardıcıl şəkildə dəstəkləyir, suverenlik və ərazi bütövlüyü məsələlərində ortaq mövqe nümayiş etdirir, regional təhlükəsizlik, enerji və nəqliyyat bağlantıları üzrə koordinasiyalı siyasət həyata keçirir.

"Çıxışın ən diqqətçəkən və strateji baxımdan ən əhəmiyyətli hissələrindən biri Ermənistanla sülh prosesi və bütövlükdə Cənubi Qafqazın gələcəyi ilə bağlı səsləndirilən fikirlərdir. Prezident İlham Əliyev bu məsələyə toxunaraq regionda formalaşmaqda olan yeni reallıqları aydın şəkildə ifadə etdi və vurğuladı ki, artıq Cənubi Qafqazda keyfiyyətcə fərqli bir mərhələyə keçid baş verir.

Prezident İlham Əliyevin “Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və region ölkələri bu imkanları əldən verməməlidir” fikri, yeni regional yanaşmanın ideoloji əsasını təşkil edir. Bu yanaşmaya görə sülh artıq yalnız siyasi bəyanatlar və imzalanmış sənədlərlə məhdudlaşmamalıdır. Əksinə, sülhün dayanıqlılığı onun iqtisadi əsaslarla möhkəmləndirilməsindən asılıdır.

Prezidentin çıxışında səsləndirilən digər mühüm tezis “Cənubi Qafqazın artıq münaqişə məkanından əməkdaşlıq məkanına çevrilməsi” haqqındadır ki, bu da regionda baş verən transformasiyanın mahiyyətini açıq şəkildə ifadə edir. Əgər əvvəlki dövrdə qarşıdurma, münaqişə və geosiyasi rəqabət dominant idisə, bu gün əməkdaşlıq, tranzit imkanları və iqtisadi inteqrasiya ön plana çıxır. Məhz bu üç komponent Cənubi Qafqazı davamlı sülh və inkişaf məkanına çevirə biləcək əsas amillər kimi çıxış edir.

Bu transformasiyanın mərkəzində isə Azərbaycanın təşəbbüskar və lider rolu, Prezident İlham Əliyevin siyasi iradəsi dayanır",- deyə Azay Quliyev bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir

AZAL Naxçıvana uçuşları bərpa edib

Elm və təhsil naziri Gəncədə "Son zəng" mərasiminə qatılıb

İlin 5 ayı ərzində donor sayı 50 mindən artıq olub

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

Qəbələdə Milli Qurtuluş Gününə dair məktəbdə görüş: Müstəqilliyimizin Heydər Əliyev strategiyası

Balakəndə yaş barama tədarükünə başlanılıb - artıq kümçülər 2 ton barama təhvil verib

Neftçilər Milli Qurtuluş Gününü qeyd ediblər

Şuşada Türk Dövlətləri Təşkilatı Ölkələrinin Rəqabət Forumu işə başlayıb

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan gün - ŞƏRH

İyunun 13-ü Beynəlxalq Albinizm haqqında Məlumatın Yayılması Günüdür

ABŞ Avropadakı qırıcı təyyarələrinin üçdəbirini geri çəkməyi planlaşdırır

Milli Qurtuluş Günü xalqımızı nicata aparan dönüş nöqtəsi oldu

Cari ildə tədris prosesində iştirak edən müəllimlərin sayı açıqlanıb

Tramp “Tren de Aragua” təşkilatının liderinin öldürüldüyünü açıqlayıb

ABŞ millisi dünya çempionatına qələbə ilə başladı

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazında İrana məxsus kamikadze dronlarını vurub

Azərbaycan məktəblərində “Son zəng” sədaları

Qusarın Avaran kəndində 384 ev mərkəzləşdirilmiş içməli su şəbəkəsinə qoşulub

İran XİN: Tehran Vaşinqtonla memorandumun razılaşdırılmasının son mərhələsindədir

Dünyanın ən təhlükəli 7 vulkanı

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 139 nəfərə çatıb

Əraqçi: ABŞ memorandumda yeni münaqişəyə başlamamaq öhdəliyi götürür

Qafar Qənizadə: Hər bir insanın özünü tanımaq və mənəvi sağalma üçün vasitələrə ehtiyacı var

Dünya çempionatı: Neymar Mərakeşlə oyunu buraxacaq

Kanada millisi dünya çempionatları tarixində ilk xalını qazanıb

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimi olub

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir