Ceyms Bond haqqında yeni filmin çəkilişləri aktyorun aldığı zədə səbəbindən dayandırılıb
Bakı, 15 may, AZƏRTAC
Ceyms Bond haqqında filminin 25-ci hissəsinin çəkilişləri agent 007 rolunu canlandıran Deniel Kreyqin aldığı zədə səbəbindən dayandırılıb.
AZƏRTAC xəbər verir ki, “The Sun” qəzetinin verdiyi məlumata görə, aktyor Yamaykada qaçarkən ayağı burxulub. Bu səbəbdən D.Kreyq həkim müayinəsindən keçmək üçün ABŞ-a yola düşüb. Nəticədə filmin çəkiliş cədvəlində ləngimələr baş verib.
Qeyd edək ki, Deniel Kreyq sözügedən filmin son dörd seriyasında rol alıb. Ondan əvvəl agent 007 rolunu Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton və Pirs Brosnan oynayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.05.2026 [19:30]
Mədəniyyət Nazirliyində yubilyar mədəniyyət xadimləri ilə görüş olub
- 21.05.2026 [17:23]
ICESCO mədəni irsin bərpası üçün Qarabağa texniki missiya həyata keçirib
- 21.05.2026 [16:29]
Gilavar Foto Klubu WUF13-də üç fərqli mövzuda fotosərgi açıb
- 21.05.2026 [16:19]
Azərbaycan rəssamlarının əsərləri Çində nümayiş olunub
- 21.05.2026 [16:12]