CƏZAÇƏKMƏ MÜƏSSİSƏLƏRİNDƏ SEMİNARLAR DAVAM ETDİRİLİR
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları qadın məhkumların cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsində seminar keçirmişdir.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, tədbirdə müvəkkilin məhbusların hüquqlarının qorunması ilə bağlı göstərdiyi fəaliyyət, penitensiar müəssisələrdə görülən işlər, Azərbaycanda İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icrası ilə əlaqədar qarşıda duran vəzifələr haqqında ətraflı danışılmışdır.
Seminarda məhkumların müxtəlif məsələlərlə əlaqədar sualları cavablandırılmışdır.
Tədbirin yekununda, cəzanın icrası işinin təkmilləşdirilməsi, müvafiq təkliflərin hazırlanması üçün məhkumlar arasında rəy sorğusu keçirilmişdir.
Ombudsman Aparatının əməkdaşları məhkumlarla görüşmüş, müvəkkilə ünvanlanmış ərizələri qəbul etmişlər.