İDMAN
Çempionlar Liqası: Bu gün qrup mərhələsində daha 8 oyun keçiriləcək

Bakı, 4 oktyabr, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə E, F, G və H qrupunun matçları keçiriləcək.
E qrupunda İspaniyanın “Atletiko” komandası Niderland “Feyenoord”unu, Şotlandiya “Seltik”i İtaliyanın “Latsio” klubunu qəbul edəcək.
F qrupunda İtaliya “Milan”ı Almaniyada Dortmund “Borussiya”sının, Fransanın PSJ komandası isə İngiltərədə “Nyukasl”ın qonağı olacaq.
G qrupunda Almaniya “Leyptsiq”i turnirin son qalibi olan İngiltərənin “Mançester Siti” kollektivini, Serbiyanın “Srvena Zvezda” klubu isə İsveçrə “Yanq Boyz”unu sınağa çəkəcək.
H qrupunda isə Belçika “Antverpen”i evdə Ukraynanın “Şaxtyor” (Donetsk) klubu, Portuqaliya “Portu”su isə İspaniyanın “Barselona” komandası ilə qarşılaşacaq.
UEFA Çempionlar Liqası, qrup mərhələsi
II tur
4 oktyabr
E qrupu
20:45. “Atletiko” (İspaniya) - “Feyenoord” (Niderland)
23:00. “Seltik” (Şotlandiya) - “Latsio” (İtaliya)
Xal durumu: “Feyenoord” - 3, “Atletiko” - 1, “Latsio” - 1, “Seltik” - 0.
F qrupu
23:00. “Borussiya” (Dortmund, Almaniya) - “Milan” (İtaliya)
23:00. “Nyukasl” (İngiltərə) - PSJ (Fransa)
Xal durumu: PSJ - 3, “Nyukasl” - 1, “Milan” - 1, “Borussiya” - 0.
G qrupu
23:00. “Leyptsiq” (Almaniya) - “Mançester Siti” (İngiltərə)
23:00. “Srvena Zvezda” (Serbiya) - “Yanq Boyz” (İsveçrə)
Xal durumu: “Leyptsiq” - 3, “Mançester Siti” - 3, “Srvena Zvezda” - 0, “Yanq Boyz” - 0.
H qrupu
20:45. “Antverpen” (Belçika) - “Şaxtyor” (Donetsk, Ukrayna)
23:00. “Portu” (Portuqaliya) - “Barselona” (İspaniya)
Xal durumu: "Barselona" - 3, "Portu" - 3, “Şaxtyor” - 0, “Antverpen” - 0.
Qeyd edək ki, qrup mərhələsində II turun ilk oyunları oktyabrın 3-də keçirilib.