Çempionlar Liqası: “Qarabağ” bu gün “Liverpul”la qarşılaşacaq
Bakı, 28 yanvar, AZƏRTAC
Bu gecə UEFA Çempionlar Liqasında liqa mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” sonuncu – VIII turda İngiltərədə “Liverpul”un qonağı olacaq. “Enfild” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.
Qeyd edək ki, “Qarabağ” hazırda 10 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. Azərbaycan çempionu “Liverpul”a qalib gələrsə, pley-off mərhələsinə vəsiqə qazanacaq. Heç-heçə və ya məğlubiyyət qeydə alınacağı halda isə Ağdam təmsilçisi digər matçların nəticəsini gözləməli olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]