ÇEMPİONLAR LİQASI TURNİRİNİN YARIMFİNALÇILARININ İKİSİ MƏLUMDUR
AZƏRTAC xəbər verir ki, aprelin 8-də futbol üzrə Çempionlar liqası turnirinin dörddəbir final mərhələsinin iki cavab oyunu keçirilmişdir.
“Çelsi” (İngiltərə) - “Fənərbaxça” (Türkiyə) - 2:0, “Liverpul” (İngiltərə) -
“Arsenal” (İngiltərə) - 4:2.
İlk görüşdə “Fənərbaxça” “Çelsi”ni 2:1 hesabı ilə məğlub etmiş, “Arsenal” və “Liverpul” arasındakı görüş isə heç-heçə (1:1) nəticələnmişdi.
Beləliklə, iki ingilis klubu - “Çelsi” və “Liverpul” komandaları yarımfinala çıxmış və qabaqcadan keçirilmiş püşkün nəticəsinə əsasən bu mərhələdə bir-biri ilə iki dəfə qarşılaşacaqdır.
Bu gün keçiriləcək “Mançester Yunayted” (İngiltərə) - “Roma” (İtaliya) və “Barselona” (İspaniya) - Şalke-04” (Almaniya) komandalarının cavab görüşlərindən sonra yarımfinalın digər cütlüyü də məlum olacaqdır. Hər halda, ilk görüşdə rəqib meydançasında müvafiq olaraq 2:0 və 1:0 hesabı ilə qalib gəlmiş “Mançester Yunayted” və “Barselona”nın növbəti mərhələyə çıxmaq şansı mütəxəssislər tərəfindən daha yüksək qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:11]
Güləş üzrə Azərbaycan yığmaları mötəbər yarışlara bölgələrdə hazırlaşır
- 05.06.2026 [13:26]
Cüdoçular Avropa çempionatına Şamaxıda hazırlaşırlar
- 05.06.2026 [11:32]
Bölgə klubu bütün legionerlərlə vidalaşır, yerlilərlə danışıqlar olacaq
- 05.06.2026 [10:55]