Çexiya əhalinin fövqəladə hallarda xəbərdar edilməsi sistemini modernləşdirir
Praqa, 20 may, AZƏRTAC
Çexiyada əhalinin fövqəladə hallarda xəbərdar edilməsi üçün yeni sistem tətbiq olunacaq.
AZƏRTAC xəbər verir ki, hökumətin tətbiq etməyi nəzərdən keçirdiyi müasir “Cell Broadcast” sisteminin yaradılması dövləti təxminən 4 milyon avroya başa gələcək. Mobil rabitə operatorları isə əlavə dəyər vergisi daxil olmaqla, sistemə 5,4 milyon avro investisiya yatırmalı olacaqlar. İllik istismar xərcləri isə təxminən 2 milyon avro təşkil edəcək. Bu məlumatları Çexiyanın milli informasiya agentliyi ČTK yayıb.
Hökumət mobil telefonlar vasitəsilə daha təkmil xəbərdarlıq sisteminin tətbiqi məsələsini 2023-cü il dekabrın 21-də Praqadakı Karl Universitetində baş vermiş faciədən sonra gündəmə gətirib. Həmin gün universitetin fəlsəfə fakültəsində təhsil alan tələbələrdən biri atışma törətmiş, nəticədə 14 tələbə və müəllim həlak olmuş, daha sonra silahlı şəxs intihar etmişdi. Bu hadisə ölkənin müasir tarixində ən böyük kütləvi qətl hadisəsi hesab olunur.
“Cell Broadcast” sisteminin tətbiqinə başqa bir səbəb ötən il baş verən daşqınlar zamanı mövcud xəbərdarlıq üsulunun çatışmazlıqlarının üzə çıxması olub. Belə ki, həmin vaxt göndərilən SMS-lər abonentlərə bir neçə dəqiqə gecikmə ilə çatmışdı.
Praqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.10.2026 [15:19]
Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır
- 31.10.2026 [15:16]
Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb
- 31.10.2026 [14:21]
Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir
- 31.10.2026 [13:03]
ABŞ-də qazma qurğularının sayı artıb
- 31.10.2026 [08:41]
“Bloomberg”: “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ Səudiyyə Ərəbistanındakı diplomatlarını təxliyə etməyə başlayıb
- 30.10.2026 [23:43]
Bakıda “Azerbaijan Dance Festival 2026” beynəlxalq rəqs festivalı keçirilir
- 30.10.2026 [23:00]
TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib
- 30.10.2026 [22:23]
Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib
- 30.10.2026 [21:42]
Milli Xalça Muzeyində “Çapanda ağ-boz atın büdrəməsin” sərgisi açılıb
- 30.10.2026 [21:37]
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub
- 30.10.2026 [20:55]
Azərbaycan cüdoçusu U-23 Avropa çempionatında qızıl medal qazanıb
- 30.10.2026 [20:50]
Naxçıvanda “Zəfərimizin sədaları” musiqi əsərləri müsabiqəsi elan olunur
- 30.10.2026 [20:45]
Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub
- 30.10.2026 [20:37]
Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib
- 30.10.2026 [20:24]
Bu saata olan əsas xəbərlər
- 30.10.2026 [20:00]
Cəlilabadda üç avtomobil toqquşub, iki nəfər xəsarət alıb
- 30.10.2026 [19:58]