ÇEXİYANIN XARİCİ İŞLƏR NAZİRİ AZƏRBAYCANA SƏFƏRƏ GƏLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq iyulun 3-5-də Bakıda rəsmi səfərdə olacaqdır.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim iyunun 30-da keçirdiyi brifinqdə bildirmişdir.
Çexiya xarici siyasət idarəsinin başçısı səfər çərçivəsində Azərbaycanın rəsmi şəxsləri ilə, o cümlədən respublikanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşlər keçirəcək, Azərbaycan-Çexiya biznes forumunda iştirak edəcəkdir.
Görüşlərdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaqdır.