ÇİN PAYTAXTINDA OLİMPİYA MƏŞƏLİ REKORD QİYMƏTƏ SATILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Çin paytaxtında keçirilən hərracda Olimpiya məşəli 260 min yuana (37 min dollar) satılmışdır.
Pekin Oyunlarının təşkilat komitəsinin nümayəndəsi bildirmişdir ki, nominala görə Olimpiya məşəlinin qiyməti 1,5 min yuandır (təqribən 225 dollar). Estafet zamanı dünyanın müxtəlif ölkələrindən və Çinin bir çox şəhər və əyalətlərindən keçirilərək aparılmış Olimpiya məşəlindən bir necə min ədəd hazırlanmışdır.
Lakin əhalisi bir milyarddan çox olan ölkə üçün bu, çox azdır. Odur ki, Olimpiya məşəlləri yerli idman əşyaları kolleksiyaçılarının marağına səbəb olmuşdur. Hətta 90 min tamaşaçının gəldiyi açılış mərasiminin istifadə edilmiş biletləri indi 1000 yuana satılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]
Azərbaycanlı futbolçu Kipr klubuna keçib
- 15.06.2026 [14:29]
“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb
- 15.06.2026 [13:54]